S.Fettel yeni maşınını “Ac Haydi” adlandırıb

Dünən axşam Melburnun Vlado steyk-evində şam yeməyi zamanı Sebastyan Vettel öz mexanikləri ilə birlikdə yeni maşını üçün ad təyin edib: […]

Dünən axşam Melburnun Vlado steyk-evində şam yeməyi zamanı Sebastyan Vettel öz mexanikləri ilə birlikdə yeni maşını üçün ad təyin edib: burnuna 1 yazılmış RB9 “Ac Haydi” adlanacaq.

Fettel Almaniyanın Bild qəzetinə bildirib ki, “dünən biz şənlənirdik və mexaniklərlə bu adı müzakirə etdik.” Çox güman ki, Fettel yeni maşını Formula1 aləmində yaxşı tanınan almaniyalı top-model Haydi Klum şərəfinə belə adlandırıb – Haydi Renault komandasının keçmiş başçısı Flavio Briatore ilə uzun müddət yaxın münasibətlərdə olmuşdu.

Haydinin atası Günter Klum Bild-ə müsahibəsində Fettelin bu qərarını belə şərh edib: “Mənim qızımı paddokda yaxşı tanıyırlar, amma o vaxtlar Fettel hələ Formula1-də çıxış etmirdi, ona görə də onlar tanış deyillər. Amma, əlbəttə, onun tərəfindən yaxşı hərəkətdir…”

Xatırladaq ki, 2009-cu ildən başlayaraq Fettel öz maşınlarına qız adları qoyur: hər şey “Keyt” və “Keytin çirkli bacısı”ndan başlamışdı, sonra isə Fettelə üsqat dünya çempionu adını qazandıran maşınlar: 2010-cu ildə “Dəliqanlı Məndi” və “Şirin Liz”, 2011-ci ildə “Ehtiraslı Kayli” və keçən mövsümdə “Əbbi”…

Güman etmək olar ki, RB9-u “Ac Haydi” adlandırmaqla Red Bull sürücüsü bildirmək istəyir ki, nail olduğu uğurlarla kifayətlənmək fikrində deyil və əvvəlki kimi qələbə acıdır. Sabah “Ac Haydi” Albert Parkda debüt edəcək…

haydi-1
haydi-2
haydi-3
haydi-4

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*