23 Fevral 2018, Cümə - 14:14

S.Fettel: “Xoşbəxtəm ki, qalib gələ bildim”

S.Fettel: “Xoşbəxtəm ki, qalib gələ bildim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:01 - 30 May, 2011

Sebastyan Fettel Monakoda riskli taktika sayəsində qələbə qazanıb: faktiki olaraq almaniyalı sürücü yarışı bir pit-stopla başa vurub. Mətbuat konfransında Sebastyan […]

Sebastyan Fettel Monakoda riskli taktika sayəsində qələbə qazanıb: faktiki olaraq almaniyalı sürücü yarışı bir pit-stopla başa vurub. Mətbuat konfransında Sebastyan etiraf edib ki, yalnız bu taktika onun qələbə qazanmaq şansı idi…

Sebastyan Fettel: “Qeyri-adi hisslərdir! Kokpitdən yarış çox şən görünürdü. Mən yaxşı start aldım, ilk hissəni pis keçirmədim və Censon Battondan uzaqlaşa bildim. Mən SuperSoft təkərlərlə trasda çox qala bilərdim, amma Censon boksa getdiyi üçün bir dövrə sonra biz reaksiya verməli idik. Amma pit-stopda ləngidik və mən bir mövqe itirdim. Yaxşı ki, komanda məni Soft təkərlərinə keçirdi, Censon isə SuperSoft təkərlərində qaldığı üçün sürətlə uzaqlaşmağa başladı. Mən trasda daha çox qalmalı idim, Təhlükəsizlik maşını trasa çıxanda rahat nəfəs ala bildim.

Ferrari ağıllı addım atdı və bu zaman Alonsonu pitə çağırdı: Fernando Soft təkərlərinə keçdi, biz də təkərləri dəyişmək istədik, amma mənə elə gəldi ki, finişə qalmış 33 dövrə ərzində təkərlər dözəcək.

Mən başa düşürdüm ki, yarışda qalib gəlmək üçün yeganə şansım trasda qalmaqdır. Vəziyyət çox çətin idi, iyirmi dövrə Alonsonun hücumlarını dəf etməli idim, Censon da uzaqda deyildi. Vəziyyət çox gərginləşmişdi və mən başa düşürdüm ki, son on dövrə mənim üçün çox çətin olacaq.

Amma bu zaman TM yenidən trasa çıxdı: qəza düz bizim önümüzdə baş verdi. Sonra isə yarış dayandırıldı və xoşbəxtlikdən mən tam yeyilmiş təkərlərdən canımı qurtardım.

Restartdan sonra mövqeyimi qorumaq çox asan idi, ona görə də xoşbəxtəm ki, qalib gələ bildim! Mən fəxr edirəm ki, bu Qran Prinin qalibləri siyahısında mənim də adım peyda oldu!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 106
Teqlər
Paylaş

logo