S.Fettel: “Red Bull-un dublu fantastikadır!”

Red Bull-un sevincini başa düşmək olar – komanda Formula1-də beşinci mövsümünü keçirir və əvvəllər onu qələbələrə namizəd kimi qəbul etmirdilər. […]

Red Bull-un sevincini başa düşmək olar – komanda Formula1-də beşinci mövsümünü keçirir və əvvəllər onu qələbələrə namizəd kimi qəbul etmirdilər. Amma bu il Ədrian Nyui gğzəl maşın hazırlayıb, bu gün həmin maşın Sebastyan Fettel və Mark Uebberə Çində qələbə dublu etməyə imkan verib. Yağışlı Şanxay avtodromunda onlar hamıdan sürətli olublar. Yarışdan sonrakı mətbuat konfransında Sebastyan Fettel qələbənin onun üçün sürpriz olmadığını anladıb…

Sebastyan Fettel: “Təhlükəsizlik Maşınının arxasında startın verilməsi düzgün qərardır. Yarış çətin alındı, trasda su gölləri var idi – getmək olurdu, amma hər dövrədə akvaplaninq olurdu, xüsusən də sonuncu döngədə. Biz başa düşürdük ki, maşınımız yüngüldür, ona görə də startdan hücum etməyə başladıq ki, rəqiblərimizdən aralanaq və biz buna nail olduq.

Mən tam xoşbəxtəm: İkinci qələbəmi də yağış altında qazanmışam. Maşın özünü əla aparırdı və buna görə komandaya minnətdarlıq etməliyəm. Şənbə günü biz müəyyən problemlər yaşamışdıq, axşam komanda maşın üzərində gərgin işləmişdi. Bu komandanın yetişkənliyindən xəbər verir: Red Bull-un dublu fantastikadır!

On doqquzuncü dövrədə trasa bir daha Təhlükəsizlik Maşını çıxanda mən təxminən bilirdim ki, mənim qarşımda Rubens Barrikello olmalıdır, amam görüntü o qədər pis idi ki, Mən ehtiyatla sürməyə başaldım, döngəyə az qalmış sağa keçdim, güzgülərdə nəyisə görmək mümkün deyild. Elə bu an arxadan Sebastyen Buemi mənə çırpıldı.

Təəssüf ki, belə alındı, amma mənim bəxtim gətirdi – maşın zədələnmədi və mən yarışı davam etdirə bildim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*