S.Fettel: “Qarşıda hələ çox yarış var”

Sebastyan Fettel mövsümə əla başlayıb, ilk dörd yarışda mümkün olan 100 xaldan 93 xal toplayıb. Amma buna baxmayaraq, sonuncu dnya […]

Sebastyan Fettel mövsümə əla başlayıb, ilk dörd yarışda mümkün olan 100 xaldan 93 xal toplayıb. Amma buna baxmayaraq, sonuncu dnya çempionu bildirib ki, bu uğur onun başını gicəlləndirməyib…

Sebastyan Fettel: “Hər bir yarışda biz bacardığımız qədər xal toplamışıq, bu yaxşıdır. Amma biz bilirik ki, vəziyyət necə dəyişə bilər. Keçən il biz gördük ki, mövsümün ikinci yarışında Alonso necə güclənmişdi, ona görə də tədricən inkişafı davam etdirmək və hər yarışda maksimum xal toplamaq lazımdır.

Mövsümün uğurlu başlaması həmişə yaxşıdır, amma qarşıda hələ çox yarış var. On doqquz yarışdan cəmi dördü arxada qalıb, hələ qalan yarışlarda çox xal qazanmaq olar. Biz didqətli olmalıyıq.

Ümumən çox razıyam. Cümə günü mən qəzaya düşdüm və maşını tam dağıtmışdım. Mexaniklər əla işlədilər, hətta Markın da mexanikləri mənim maşınımın bərpasına kömək edirdilər. Təəssüf edirəm ki, onlar həddən çox işlədilər, amma dünən və bu gün mən onların əməklərini layiqincə qiymətləndirdim. Ona görə komandaya minnətdarlıq edirəm.

Yarışın əvvəlində heç nə məlum deyildi. Biz təkərlərin özünü necə aparmasını, neçə dövrəyə tab gətirməsini bilirdik, ikinci pit-stopdan sonra vəsiyyət tam aydın oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*