S.Fettel özünə monstr-bayk sifariş edib

Dünya çempionu Sebastyan Fettel özünə 70 min Avro dəyərində nadir motosiklet sifariş edib. Almaniyalı sürücü əvvəllər ikitəkərli texnikaya marağının olmasını […]

Dünya çempionu Sebastyan Fettel özünə 70 min Avro dəyərində nadir motosiklet sifariş edib. Almaniyalı sürücü əvvəllər ikitəkərli texnikaya marağının olmasını biruzə verməmişdi, amma məlum olub ki, Red Bull sürücüsü bu ehtirasını qəlbinin dərin guşəsində gizlədibmiş.

Çempionatda yaranmış fasilədən istifadə edən sürücü Hokkenhaym şəhərində yerləşən sifariş üzrə bayk istehsalı ilə məşğul olan məşhur atelyeyə baş çəkib. Atelyenin sahibi Markus Vals bu yaxınlarda yeni 1250 kub sm-lik V şəkilli motoru və altıpilləli ötürmələr qutusu olan Avalanche modelini təqdim edib. Məhz bu model Fettelin diqqətini cəlb edib – Seb özünün personal təkliflərini söyləyib və atelyedə sürücünün motosikletini yığmağa başlayıblar. Bayk sentyabr ayında İtaliya Qran Prisinə hazır olmalıdır.

Markus Valsın atelyesinə Formula1 sürücüləri birinci dəfə deyil müraciət edirlər – bir neçə il əvvəl burada Kimi Rəykkönen üçün monstr-bayk yığmışdılar…

kimi11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*