S.Fettel: “Mən yağış üçün dua edirdim”

Mark Uebber Braziliyada inamlı qələbə qazanıb, onun komanda yoldaşı Sebastyan Fettel isə 16-c ı yerdən start alsa da, finiş xəttini […]

Mark Uebber Braziliyada inamlı qələbə qazanıb, onun komanda yoldaşı Sebastyan Fettel isə 16-c ı yerdən start alsa da, finiş xəttini dördüncü keçib – bu nəticə ilə gənc alman sürücü titulu əldən versə də, indi o çempionatda ikinci yerə qalxıb. Onun komandası isə Mühəndislər Kubokunda ikincilik qazanıb…

Sebastyan Fettel: “Məncə, Brawn GP komandasında məndən də xoşbəxt olan bir oğlan var. Ümumən yarış pis keçmədi, mən son cərgələrdən start aldım və finişdə dördüncü oldum, düzdür, bizə bir çox qəzalar kömək oldu, amma istənilən halda dördüncü yer maksimum idi. Əgər dünən sıralanma turunda problemlərimiz olmasa idi, mən bu yarışda qələbə qazana bilərdim.

Məsafədə pressinq hiss etmirdim, mən hər bir dövrəni yaxşı keçirdim və bilirdim ki, Censon hansı mövqedədir, düzdür, finişə qədər hər şey ola bilərdi. Mən sükan arxasında dua edirdim ki, yağış yağsın, hətta artıq onun iyini də hiss edirdim, amma yağış yağmadı.

Mən Censonu və Brawn GP komandasını təbrik edirəm, onlar həiqətən bu mövsüm öz işlərinin öhdəsindən əla gəldilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*