S.Fettel Mario Tayssenə minnətdarlıq edib

Sabah Mario Tayssen rəsmən BMW Motosport-un başçısı vəzifəsini tərk edəcək, bu barədə hələ keçən ilin sonunda elan olunmuşdu, sabah isə […]

Sabah Mario Tayssen rəsmən BMW Motosport-un başçısı vəzifəsini tərk edəcək, bu barədə hələ keçən ilin sonunda elan olunmuşdu, sabah isə onun yerini Yens Markvardt tutacaq. Bu münasibətlə bu gün Münhendə təntənəli mərasim təşkil olunub, mərasimə müxtəlif illərdə BMW-nin şərəfini qorumuş sürücülər dəvət olunublar. Fəxri qonaqlar arasında Mercedes Motorsport-un başçısı Norbert Hauq və Ferrari-nin başçısı Stefano Domenikali olublar. Bavariyanın paytaxtına Sebastyan Fettel də baş çəkib.

Sonuncu dünya çempionunun taleyində Mario çox vacib rol oynayıb. Məhz almaniyalı mütəxəssis Sebi BMW-Formulasında çıxış edən gənc sürücülərin içərisindən seçib və dəstək proqramın qatıb. Seb deyib ki, “bu addım mənim üçün çox vacib idi, bundan sonra mənim karyeram sürətlə yuxarı getdi.”

Fettel bu günə qədər Formula1 maşının sükanı arxasında ilk debütünü yaxşı xatırlayır: “2005-ci il sentyabrın 17-si idi, maraqlıdır ki, həmin gün mənim birlikdə testlərdə Mark Uebber işləyirdi. 2007-ci il iyunun 17-də isə mən ilk dəfə BMW-Sauber-in sükanı araxsında İndianapolisdə yarışa çıxdım. Mario cümə axşamı mənə zəng edib dedi ki, hazırlaş, sən yarışacaqsan, mən ancaq – görüşərik, deyə bildim…”

Məlumdur ki, bu debütündən sonra Seb karyerasını Toro Rosso-da davam etdirib. Mario Tayssen həmin vaxtları belə xatırlayıb: “Seçim çox çətin idi, biz onu test sürücü kimi saxlaya bilərdik, əsas sürücü edə bilərdik, ya Toro Rosso-ya buraxa bilərdik. Düşünürəm ki, yenə də eyni seçim qarşısında qalsam, eyni qərarı qəbul edərdim.

Fettel hələ BMW-Formulasında çıxış edərkən mən başa düşdüm ki, o xüsusi sürücüdür. Cəm 15 yaşı var idi, amma çox istedadlı və məqsədyönümlü idi.”

fet26
Hazırda Marionun 58 yaşı var, 1977-ci ildən BMW-nin əməkdaşıdır, son 12 ildə şirkətin yarış bölməsinə başçılıq edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*