S.Fettel: “Kadr stabilliyi müvəffəqiyyətin rəhnidir”

Sonuncu dünya çempionu Sebastyan Fettelin fikrincə, aparıcı texniki mütəxəssislərlə, xüsusən də Ədrian Nyui ilə əməkdaşlığın davam etdirilməsi onun Red Bull […]

Sonuncu dünya çempionu Sebastyan Fettelin fikrincə, aparıcı texniki mütəxəssislərlə, xüsusən də Ədrian Nyui ilə əməkdaşlığın davam etdirilməsi onun Red Bull komandasına yüksək səviyyədə çıxış etməyə imkan verəcək.

Bu yaxınlarda almaniyalı sürücü komanda ilə müqaviləsini 2014-cü ilə qədər uzadıb, onunla birlikdə komandanın əlliyə yaxın əməkdaşı da eyni addımı atıb. Autosprint jurnalına müsahibəsində Fettel bu addımı gələcək müvəffəqiyyətin həlledici addımı adlandırıb…

Sebastyan Fettel: “Məsələ təkcə Ədrianda deyil. Gələcəyi planlaşdırmaq çətindir: heç vaxt bilmirsən ki, sabah nə olacaq. İstisna deyil ki, oteldə pilləkəndən yıxıla, sürüşə, ayağımı sındıra bilərəm, ona görə də mövsümdə heç iştirak edə bilmərəm. Hər şey ola bilər, heç kim heç nədən sığortalanmayıb.

Ədrian komanda üçün ən vacib adamlardan biridir, amma mənim üçün eyni zamanda komandanın başqa üzvləri də vacibdirlər, mənim üçün onların komandada nə qədər qalmalarını, onların komandadan nə qədər razı olduqlarını və s. bilmək də vacibdir. Mən müqaviləmi uzadarkən məni əhatə edənlərin də komandada qalmasına əmin olmam lazım idi.

Ferrari? Mən bu mövzunu ona görə tez-tez qaldırırdım ki, mənə daim bu komanda barədə suallar verilirdi. Əslində bunun iki səbəbi var. Hər şeydən əvvəl, Ferrari – nəsə xüsusi bir anlamdır, mən bunu dəfələrlə demişəm. Bundan başqa, bu mövzunu qaldıran hər bir kəsə cavab verərkən, mən özüm də yavaş-yavaş belə versiyaya inanırdım.

Mənim üçün Ferrari əfsanədir və nə vaxtsa bu komandanın sürücüləri siyahısına düşmək mənim üçün böyük şərəf olacaq. Amma bu o demək deyil ki, mən artıq Ferrari-yə keçmək istəyirəm: məni indiki vəziyyət tam qane edir, məhz buna görə də mən müqaviləmi bir neçə il uzatdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*