S.Fettel: “Hələlik yeni maşına ad qoymamışam”

Sebastyan Fettel indiyə qədər çıxış etdiyi maşınlara müəyyən qadın adları verirdi, amma hələlik yeni RB7 maşınına ad qoymayıb… Sebastyan Fettel: […]

Sebastyan Fettel indiyə qədər çıxış etdiyi maşınlara müəyyən qadın adları verirdi, amma hələlik yeni RB7 maşınına ad qoymayıb…

Sebastyan Fettel: “Adətən adı ya mən, ya da mənim mexaniklərim qoyuruq, amma yeni maşınla biz hələlik yaxşı tanış deyilik ki, ona adla müraciət edək. Əminəm ki, tezliklə biz onunla dost olacayıq. Əlbəttə, mən aerodinamik boruda keçirilmiş yoxlamalardan xəbərdaram. Ümid edirəm ki, bizim əldə etdiyimiz nəticələr rəqiblərimizdə olandan yaxşıdır, amma real qüvvələr nisbəti yalnız Bəheryndə məlum olacaq.

KERS və arxa antiqanadın hərəkətli eleemnti? Məncə, Pirelli daha vacib faktor olacaq. Hələlik yeni maşının nəyə qadır olmasını söyləmək çox tezdir, mən sadəcə ümid edirəm ki, maşın yeni təkərlərlə effektiv işləyəcək. Keçən il biz ön təkərlərin yeyilməsini ön antiqanadın hərəkətli elementinin müəyyən vəziyyəti ilə azalda bilirdik, indi isə belə bir imkan olmayacaq – bu element qadağan olunub, arxa antiqanad isə bu halda kömək edə bilməyəcək.

Hələlik biz Pirelli təkərləri ilə cəmi iki gün işləmişik və Valensiyaya təkər istehsalçıları tamailə fərqli tərkiblər gətirəcəklə. Abu Dabi testlərində döngədən çıxışda müəyyən problemlər yaranırdı, amma ön təkərlər asfalta daha yaxşı ilişirdilər və balans dəyişirdi.

Mövsümün startına kimi çox şey dəyişəcək, o cümlədən təkərlər də, amma mövsümün ilk yarışlarında məhz bu yeniliklərə ən tez öyrəşən komanda qələbə qazanacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*