S.Fettel Ferrari-nin kokpitində nə görmək istəyirdi?

Avropa Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra son sessiyanın iştirakçıları öz maşınlarını bağlı parka qoyaraq gediblər, amma poul qazanmış […]

Avropa Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra son sessiyanın iştirakçıları öz maşınlarını bağlı parka qoyaraq gediblər, amma poul qazanmış Sebastyan Fettel öz maşınından çıxaraq bütün dünyanın teletamaşaçılarının gözləri önündə uzun müddət və diqqətlə Ferrari və McLaren-dən olan rəqiblərinin maşınlarını nəzərdən keçirib. Avstraliyalı jurnalist Piter Uindzor Sebastyanın rəqib maşınlarda nə görmək istəməsi üzərində düşünüb…

Piter Uindzor: “Maraqlıdır ki, Sebastyan Ferrari 150º İtalia-nın sükanının altındakı linklərin yerləşməsini nəzərdən keçirib. Mən sadəcə bu marağın səbəblərini anlaya bilərəm, amma güman edirəm ki, Red Bull Massanın maşınında əlavə link görüblər və Seb Fernandonun Ferrari-sində, birincisi, belə bir linkin olmasını yoxlamaq istəyib, ikincisi isə, bu linkin nəyə lazım olduğunu bilmək istəyib.

Mənə elə gəlir ki, bu link aşağıda düz sükanın altındadır, bəlkə də sükanı açıb-bağlayan linkin yanındadır. Mənim başa düşdüyümə görə, bu link əyləc balansını tənzimləmək üçündür. Bəzi mühəndislər başqa cür düşünürlər – – onlar qeyd edirlər ki, cari qaydalar balansın yalnız mexaniki tənzimlənməsini tələb edir. Amma mənə elə gəlir ki, bu halda elektrik enerjisindən də yararlanmaq olar.

McLaren bir neçə il bundan əvvəl belə bir metoddan istifadə edirdi, amma sonra bu ssitemdən imtina etdilər. Məncə, McLaren-in keçmiş əməkdaşı Pət Fray hələ də bu sistemə inanır: Massanın maşınında artıq bu sistem quraşdırılıb.

Sebin rəqib texnikanı diqqətlə izləməsinin bir aspektini də qeyd edim. Seb bunu edərkən bilirdi ki, rəsmi canlı teleyayımda bu kadrlar göstəriləcək. Bu isə o deməkdir ki, Red Bull FİA-nın diqqətini bu sistemə yönəltmək istəyir, bəlkə sistem reqlamentdən kənardır?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*