S.Fettel Ferrari-nin bazasına baş çəkib

Bu gün Sebastyan Fettel ilk dəfə rəsmən Ferrari şirkətinin idman bölməsinə baş çəkib və Gestione Sportiva-nın əməkdaşları ilə tanış olub. […]

Bu gün Sebastyan Fettel ilk dəfə rəsmən Ferrari şirkətinin idman bölməsinə baş çəkib və Gestione Sportiva-nın əməkdaşları ilə tanış olub. F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il dekabrın əvvəllərində Maranelloda olmuşdu: o zaman Fettel Ferrari F2012-nin sükanı arxasında işləmiş, simulyatorda çalışmış və şirkətin rəhbərliyi ilə görüşmüşdü.

Komanda bu səfər barədə mətbuat relizi yayıb: “Bu gün komandanın başçısı Maurizio Arrivabenenin xahişi ilə Sebastyan Fettel Maranelloya gəlib və şirkətin idman bölməsinə baş çəkib. Səfərin məqsədi dördqat dünya çempionuna bütün departamentləri göstərmək və onu komandanın əməkdaşları ilə yaxından tanış etmək olub”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*