S.Fettel dördüncü titulu da qazanmaq istəyir

On gün əvvəl üçüncü titulunu qazanmış Sebastyan Fettel nailiyyətlərini dayandırmaq fikrində deyil. Sebastyan növbəti mövsümün sonunda da dünyanın ən güclü […]

On gün əvvəl üçüncü titulunu qazanmış Sebastyan Fettel nailiyyətlərini dayandırmaq fikrində deyil. Sebastyan növbəti mövsümün sonunda da dünyanın ən güclü sürücüsü olmaq istəyir…

Sebastyan Fettel: “Ferrari və Mercedes-in əfsanələrlə dolu zəngin keçmişi var. Amma bu komandalarla bir cərgədə dayanmaq üçün Red Bull-un hər şeyi var. Hazırda məzuniyyətə hazırlaşıram, tam dincələcəm, bundan sonra dördüncü titulu qazanmağa hazır olacam. Bunu acgözlük kimi başa düşməyin, amma bu mənim Formula1-də olmağımın əsas səbəbidir.”

Sebstyan Fettel həm də Braziliya Qran Prisinin 4-cü dövrəsində baş verənlərə də münasibət bildirib: “Bu söz-söhbət başlayanda heç narahat deyildim, çünki bilirdim ki, hər şeyi düzgün etmişəm.”

Almaniyalı sürücü mövsümün son yarışının birinci dövrəsində toqquşduğu Bruno Sennanın Facebook şəbəkəsindəki bloqunun Sebin azarkeşləri tərəfindən sındırılmasını bəyənməyib: “Mən belə addımın əleyhinəyəm. Mən özünü azarkeş adlandıran bu cür şəxslərdən həmişə qaçmışam. Axı bizim hamımız eyni idmanla məşğul oluruq. Trasda həmişə nəsə baş verə bilər, bizim planımız pozula da bilər, düzələ də bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*