S.Fettel: “Cərimə məni təəccübləndirdi”

Sebastyan Fettel bugünkü yarışda Lyuis Həmiltonla qələbə uğrunda mübarizə aparırdı, amma pit-leyndə sürət həddini aşdığı üçün aldığı cərimə onu ilk […]

Sebastyan Fettel bugünkü yarışda Lyuis Həmiltonla qələbə uğrunda mübarizə aparırdı, amma pit-leyndə sürət həddini aşdığı üçün aldığı cərimə onu ilk üçlükdən çıxarıb. Alman sürücü yarışı dördüncü yerdə başa vurub…

Sebastyan Fettel: “Dördüncü yer bizim maksimumdur, hərçənd, an azı ikinci ola bilərdim. Yarışın ikinci hissəsində biz çox sürətli idik və mən hətta Lyuisi pressinq altında saxlayırdım. Əlbəttə, mən başa düşürdüm ki, ondan əvvəl pitə getməli olacam, ona görə də heç tələsmirdim. Amma sonra pit-leyndə sürət həddini aşdığım üçün cərimə aldığımı eşidəndə çox təəccübləndim.

Mən heç tələsmirdim, başa düşə bilmirəm ki, bu necə ola bilər. Bəlkə elektronika səhv edib, amma əvvəl belə şey olmamışdı. Əlbəttə, mən məyus oldum, çünki bu gün bizim maşınımız sürətli idi. Əvvəl startda bəxtim gətirmədi, sonra isə trafikə düşdüm, daha sonra isə cərimə aldım – belə vəziyyətdə dördüncü yer maksimumdur. Maşın da özünü qəribə aparırdı, güzgülərdən biri boşaldı və düşdü – nəticədə RB5-in davranışı dəyişdi, çünki indi hər bir element maşının asfalta yatma qüvvəsinə təsir edir. Sonda isə mən beşinci döngədən geniş çıxdım və porebrikin üstündə diffuzoru zədələdim…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*