S.Fettel: “Biz şansımızdan istifadə edə bilmədik”

Sıralanma turundan sonra ilk cərgəni tutan Red Bull sürücüləri yarışda da dubla ümid edirdilər, amma elə startdaca Fernando Alonso falstarta […]

Sıralanma turundan sonra ilk cərgəni tutan Red Bull sürücüləri yarışda da dubla ümid edirdilər, amma elə startdaca Fernando Alonso falstarta yol verərək “öküzlərin” hər iki maşınını qabaqlayıb – komandadaxili mübarizədə də Mark Uebber gənc komanda yoldaşı Sebastyan Fetteli keçib. Müxtəlif hadisələrlə zəngin olan yarışda Sebastyan çoxlu ötmələr etsə də, yarışı altıncı yerdə başa vurub, Mark Uebber isə finiş xəttini səkkizinci keçib…

Sebastyan Fettel: “Çətin yarış oldu, demək olar ki, iki dövrədən bir ya mən kimisə keçirdim, ya da kimsə məni keçirdi. Mən birinci pit-stopda xeyli vaxt itirdim, amma mümkün hər bir şeyi etdim və finişdə altıncı oldum.

Bu gün biz birinci cərgədən start almışdıq və öz şansımızdan istifadə etmədik, amma belə xaotik yarışda altıncı yer də payızda böyük əhəmiyyət kəsb edə bilər. Digər tərəfdən, bizim əsas rəqiblərimiz bizdən öndə finiş gördülər, ona görə də biz yarışın nəticəsindən razı deyilik.

Biz maşınla mübarizə aparırdıq, bəzən rəqabətədavamlı olurduq, amma bu gün vəziyyət tam dəyişdi və maşını heç də həmişə trasda saxlamaq asan olmurdu.

Pit-leyndən çıxarkən biz Lyuis Həmiltonla mübarizə apardıq, mən irəlidə idim və bilmirəm ki, o nəyə can atırdı. Az qaldı ki, maşınlarımız toqquşsun, mən qorxurdum ki, təkərim partlayacaq və nəsə sıradan çıxacaq – mən doğrudan da başa düşmürəm ki, o niyə belə etdi, çünki mən onun qarşısında idim və üstünlük məndə idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*