S.Fettel Almaniyada 2010-cu ilin ən yaxşı idmançısı seçilib

Formula1-in sonuncu dünya çempionu Sebastyan Fettel Almaniyada 2010-cu ilin ən yaxşı idmançısı seçilib… 1947-ci ildən keçirilən nüfuzlu nominasiyanın yekunları Almaniyanın […]

Formula1-in sonuncu dünya çempionu Sebastyan Fettel Almaniyada 2010-cu ilin ən yaxşı idmançısı seçilib…

1947-ci ildən keçirilən nüfuzlu nominasiyanın yekunları Almaniyanın Baden-Baden şəhərində təşkil olunmuş təntənəli mərasimdə elan olunub. Fettel keçən il bu nominasiyada ikinci olmuşdu, amma bu dəfə bütün rəqiblərini böyük üstünlüklə qabaqlayıb. Səsvermənin nəticələrinə görə, Formula1 tarixinin ən gənc çempionu 4288 bal toplayıb, Red Bull sürücüsü ikinci yeri tutmuş tennisçi Timo Bolu (2088 bal) iki dəfədən çox üstələyib. Səsvermədə üçüncü yeri qolf oyunçusu Martin Kaymer (1763) tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*