Sepanqda F111 yeni qanad alacaq

Hispania komandası 107% səddini keçməklə Malayziya Qran Prisinin startına çıxmağa ümid edir: komanda hesab edir ki, Sepanqda maşınlara quraşdırılmış yeni […]

Hispania komandası 107% səddini keçməklə Malayziya Qran Prisinin startına çıxmağa ümid edir: komanda hesab edir ki, Sepanqda maşınlara quraşdırılmış yeni ön antiqanad buna imkan verəcək.

Xatırladaq ki, qanadın birinci versiyası FİA-nın məcburi krəş-testindən keçməmişdi və Melburnda komanda keçənilki qanadla yarışmışdı. Amam ikinci cəhdlə krəş-test keçilib və qanad Malayziyaya göndərilib: Vitantonio Liutsinin fikrincə, yeni qanad maşının sürətini 0.7 saniyə artırmalıdır…

Vitantonio Liutsi: “Komanda uik-endə yaxşı əhvalla köklənib, çünki biz yeni qanad aalmalıyıq. Hələlik hər şey normal gedir və biz sabah sərbəst yürüşlərə qədər yeni qanadı F111-ə quraşdırmalıyıq. Maşında yeni elementlər çox olacaq, ona görə də komanda Avstraliya ilə müqayisədə daha yaxşı formadadır.

Hələlik starta düşmək şansımızı qiymətləndirmək çətindir, amma mən əminəm ki, biz Marussia Virgin-dən geriqalmanı aradan qaldıracayıq. Malayziya trasında 107% səddini aşmamaq riski maksimum yüksəkdir, amma mən əminəm ki, hətta biz bu səddi keçməsək belə, digər komandalara da bu asan olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*