A.Senna haqqında yeni kitab

Britaniyanın JH Haynes & Co Ltd nəşriyyatı Ayrton Sennanın bioqrafiyasına həsr olunmuş yeni kitab nəşr edib. Baxmayaraq ki, braziliyalı sürücünün […]

Britaniyanın JH Haynes & Co Ltd nəşriyyatı Ayrton Sennanın bioqrafiyasına həsr olunmuş yeni kitab nəşr edib. Baxmayaraq ki, braziliyalı sürücünün bioqrafiyası hamıya yaxşı məlumdur, amma yeni kitab özünəməxsusluğu ilə seçilir – Kristofer Hiltonun mətninə tarixi sənədlərin surətləri əlavə olunub: rəsmi məktublar, testlərin protokolları, dostları ilə yazışmalar, o cümlədən, Braziliyanın prezidentindən 1991-ci ilin Böyük Britaniya Qran Prisinin finişindən (Ayrton finişə yaxın texniki problemlər üzündən yarışı dayandırmışdı) sonra göndərilmiş teleqram: “Əla yarış oldu, məncə, ikinci yer ən ədalətli nəticə olardı.”

Senna: Memories and Momentoes from a Life Lived at Full Speed kitabı artıq Amazon.com internet mağasında satılır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*