23 Sentyabr 2017, Şənbə - 09:38

Səkkiz maşında güc qurğusunun elementləri dəyişdirilib

Səkkiz maşında güc qurğusunun elementləri dəyişdirilib

Müəllif: Elçin Zodorov, redaktor

18:26 - 09 İyun, 2017

Kanadada ilk məşqlərdən əvvəl səkkiz maşının güc qurğusunda dəyişikliklər edilib. Həm Force İndia, həm Williams komandaları hər iki maşında rekuperasiya sisteminin akkumulyatoru (ES) istisna olmaqla bütün elementləri yenisi ilə əvəzləyiblər.

F-1.az xəbər verir ki, Daniil Kvyatın maşınında da güc qurğusunun 5 elementi dəyişdirilib. MGU-K generatoruna isə toxunulmayıb. Colion Palmer yeni turbinə (TC), Daniel Rikkardo isə yeni rekuperasiya sisteminin akkumulyatoruna (ES) keçib. Maşınının akkumulyatoru dəyişdirilən digər sürücü Fernando Alonsodur. Onun MCL32-sinə həm də yeni elektron idarəetmə bloku (CE) quraşdırılıb.

Dəyişdirilən elementlərin bir çoxu sayca ikincidir. Yalnız Palmer üçüncü turbinə, Kvyat isə üçüncü daxili yanma mühərriyi (İCE), turbin və MGU-H generatoruna keçib. Dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç bir sürücü cərimələnməyib.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 510
Teqlər , , ,
Paylaş

logo