S.Domenikali: “Uğursuzluğun səbəblərini araşdırmaq lazımdır”

Stefano Domenikali əmindir ki, yalnız Fernando Alonsonun birinci dövrədə düşdüyü uğursuz vəziyyət ispaniyalı sürücüyə Avstraliya Qran Prisində podium qazanama mane […]

Stefano Domenikali əmindir ki, yalnız Fernando Alonsonun birinci dövrədə düşdüyü uğursuz vəziyyət ispaniyalı sürücüyə Avstraliya Qran Prisində podium qazanama mane olub. Hərçənd, Ferrari-nin başçısı Melburnda qırmızı maşınların yavaş olması səbəbini deməyə çətinlik çəkib…

Sual: Stefano, mövsümöncəsi testlərdə Ferrari sürət və etibarlılıq nümayiş etdirirdi. Amam çox güman ki, bu keyfiyyətləri hər trasda görə bilməyəcək. Siz bunun səbəblərini bilirsinizmi?

Cavab: Düzdür, biz bu səbəbləri araşdırmalıyıq – nə üçün komanda bu uik-end gözlədiyimi nəticəni göstərə bilmədi. Biz başqa komandalara baxmırıq. Hər şeyi tam təhlil eləmək lazımdır ki, Malayziyada bu hal təkrarlanamsın.

yarışa gəlincə, birinci dövrədə Fernando çətin vəziyyət düşdü və birinci dövrəni doqquzuncu yerdə tamamladı. Amma o, yarışı əla keçirdi və sözsüz ki, podium qazana bilərdi, çünki trasın vəziyyəti yaxşılaşırdı və sürətlər artırdı. Fernandonun sadəcə bəxti gətirmədi, çünki birinci döngədə sıxlıq idi və onu trasdan çıxartdılar. Əgər bu hadisə olmasa idi, yarış başqa cür alınardı.

Sual: Formula1-ə KERS qayıtdıqdan sonra ilk yarış idi – KERS özünü necə göstərdi? Red Bull-un qanadlarına nə deyə bilrəsiniz? Bilmirsiniz, başqa komandalar FİA-ya şikayət etməyəcəklər?

Cavab: Siz KERS tətbiq edərkən əsas məsələ onun effektliyi olur. Məsələn, bizim maşında sistem əla işləyridi. Onun sayəsində Felipe Massa Censon Batonnun gücumlarından qorunurdu – Censon KERS-lə yanaşı arxa antiqanadın üstünlüyündən yararlanırdı. Amma mən deyə bilmərək ki, başqa komandalar bu elementlər barədə nə düşünürlər.

Red Bull-un ön qanadına gəlincə, mənim Formula1-ə münasibətim belədir: əgər heç kim şikayət etmirsə, FİA isə bu elementlərin qanuniliyinə şübhə etmirsə, onda mən rəqiblərimi təbrik etməyə hazıram – onlar öz işlərini əla görüblər. Vəziyyət dəyişə bilər, amma hələlik mən Red Bull-u təbrik edirəm. Hər halda Sebastyan Fettel əla maşının sükanı arxasında çox sürətli idi.

Bilmirəm, Mark Uebber hansı problemlərlə üzləşmişdi, amma biz onu qabaqlaya bildik. Mən bir də deyirəm ki, əgər birinci dövrə nörmal keçsə idi, bizim yarışımız başqa cür alınardı.

Sual: KERS, idarəolunan qanad və yeni təkərlər – keçən mövsümdən əsas fərqlər bunlardır. Amma bu yeniliklərə baxmayaraq, ötmələr elə də artmayıb. Avstraliya trasının xüsusiyyəti belədir? Ötmələrin sayı artacaq?

Cavab: Yaxşı sualdır, amma nəticə çıxarmaqdan hələlik çəkinəcəm. Gözləmək lazımdır. Biz hesab edirdik ki, qanadın effektliyi aşkar olmayacaq, çünki Albert Parkda start-finiş düzlüyü uzun deyil. Bundan başqa, müəyyən şəraitdə KERS-dən müdafiə üçün də istifadə eləmək olar. Ona görə də təklif edirəm ki, bir qədər gözləyək. Bundan başqa, təkərlər barədə daha çox məlumat toplamaq lazımdır.

Sual: Batton Felipe Massanı keçdiyi an barədə nə düşünürsünüz? Silverstounda Fernando eyni halla üzləşmişdi…

Cavab: Düzünü desəm, düşünürəm ki, indi vəziyyət tam aydın idi. Məncə, stüardlar düzgün qərar qəbul etdilər. Qaydalarda aydın göstərilib ki, sürücü trasın içində qalmalıdır. Əgər Censon dərhal Felipe buraxsaydı, stüardlar başqa qərar qəbul edərdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*