S.Domenikali: “Qaydaları ağılla dəyişmək lazımdır”

Ferrari komandasının başçısı Stefano Domenikali hesab edir ki, gələcəkdə Formula1 qaydalarına dəyişikliklər daha düşünülmüş olacaq, çünki 2009-cu ildən tətbiq olunmuş […]

Ferrari komandasının başçısı Stefano Domenikali hesab edir ki, gələcəkdə Formula1 qaydalarına dəyişikliklər daha düşünülmüş olacaq, çünki 2009-cu ildən tətbiq olunmuş və ötmələrin sayının artırlmasına yönəldilmiş yeni reqlament gözlənilən effekti verməyib. Çempionatda qüvvələr nisbətinin həqiqətən dəyişməsinə baxmayaraq, yarışlar praktiki olaraq əvvəlki senari üzrə keçir və ötmələr əvvəlki illərdə olduğu kimi çətindir. Domenikalinin fikrincə, bu il göstərdi ki, qaydaların dəyişməsinə ağılla yanaşmaq lazımdır…

Stefano Domenikali: “Hesab edirəm ki, 2009-cu ilin reqlamentini ötmələrin sayını artırmaq üçün dəyişmişdilər – bu əsas prinsip idi. Etiraf etməliyəm ki, bu məqsədə çatmadıq. Deməli, qaydalara dəyişiklik etməzdən əvvəl nəticəyə əmin olmalıyıq.

Düzdür, start sahəsində qüvvələr nisbəti dəyişib, komandalar arasında rəqabəd də güclənib, amma bu yeni reqlamentin yeganə üstünlüyüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*