S.Domenikali: “Problemləri mövsümün əvvəlinə kimi həll etmək lazımdır”

Ferrari komandasının başçısı Stefano Domenikali Formula1 rəhbərliyini gələcəkdə texniki reqlamentlə əlaqəli qarşıdurmaları daha səmərəli və cəld həll etməyə çağırıb. Dünən […]

Ferrari komandasının başçısı Stefano Domenikali Formula1 rəhbərliyini gələcəkdə texniki reqlamentlə əlaqəli qarşıdurmaları daha səmərəli və cəld həll etməyə çağırıb. Dünən FİA-nın Apelyasiya Məhkəməsi ikili diffuzorları son olaraq leqal hesab edib, amma bu elementlər hamının diqqətini hələ qış testlərindən cəlb etmişdi. Buna baxmayaraq, o zaman komandalar Brawn GP, Williams və Toyota maşınlarına qarşı formal olaraq protest verə bilməzdilər və Melburnda baş tutan ilk rəsmi texniki təftişi gözləməli olmuşdular. Bundan sonra isə FİA-nın Apelyasiya Məhkəməsini gözləmək lazım gəlib və Domenikali hesab edir ki, gələcəkdə belə problemləri daha operativ həll etmək lazımdır…

Stefano Domenikali: “Mən demək istəyirəm ki, belə hallar təkrar olunmamalıdır. Belə problemlər mövsümün əvvəlinə kimi dəqiq və aydın həll olunmalıdır. Formula1 bu hadisədən dərs almalıdır, istənilən halda, bu idmaninın imicinə xeyir vermədi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*