S.Domenikali Lyuislə müqaviləni istisna etmir

Ferrari komandasının başçısı Stefano Domenikali bu gün jurnalistlərə bildirib ki, Fernando Alonso ilə müqavilənin 2016-cı ilin sonunadək uzadılması Lyuis Həmiltonla […]

Ferrari komandasının başçısı Stefano Domenikali bu gün jurnalistlərə bildirib ki, Fernando Alonso ilə müqavilənin 2016-cı ilin sonunadək uzadılması Lyuis Həmiltonla müqavilənin imzalanmasını istisna etmir…

Stefano Domenikali: “Mən Lyuis bugünkü Formula1-in ən güclü üç sürücüsündən biri hesab edirəm, Lyuis həmişə ən güclü komandaya potensial namizəd olacaq, ona görə də mən bizim də marağımızın olmasını istisna etməyəcəm. Heç vaxt “heç vaxt” demə. İnsanlar dəyişir, yanaşma da dəyişir. Lyuis çox güclü sürücüdür, və heç kim bilmir ki, gələcəkdə nə dəyişə bilər.

Mənim sözlərimi bizim ikinci sürücümüz, Felipe Massanın ünvanına tənqid kimi başa düşməyin, bizim üçün çox vacibdir ki, hər bir sürücüyə komandada rahat işləməsi üçün tam şərait təşkil edək, amma həyatda heç nəyi istisna etmək olmaz. Mən demirəm ki, biz Həmiltonla müqavilə bağlayacayıq, mən sadəcə belə bir imkanı istisna etmirəm. Peletonda bir neçə güclü sürücü var, amma indidən bu barədə danışmağın mənası yoxdur, mənim vəzifəm Ferrari-nin hazırkı sürücüləri ilə maksimum nəticələr əldə etməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*