S.Domenikali: “Braun gələnə kimi…”

Ferrari komandasının başçısı Stefano Domenikali yeni mövsümün startından əvvəl komandasının formasını qiymətləndirib… Sual: Stefano, siz mövsümün əvvəlinə qüvvələr nisbətini və […]

Ferrari komandasının başçısı Stefano Domenikali yeni mövsümün startından əvvəl komandasının formasını qiymətləndirib…

Sual: Stefano, siz mövsümün əvvəlinə qüvvələr nisbətini və komandanın hazırlığını necə qiymətləndirisiniz?
Stefano Domenikali:
Bu həftə mən Barselona testlərində bütün komandaları izləmişəm və komandamızın çox diqqətcil və motivasiyalı olduğunu gördüm. Biz yeni maşının effektliyindən çox razıyıq, amma indi diqqəti etibarlılığa yönəltməliyik. Keçən il biz bir neçə dəfə gördük ki, hər şey xırdalıqlardan asılı olur və yarışın taleyi texnikanın etibarlılığı ilə həll olunur və bu sahədə biz maksimum sərt tələblərə cavab verməliyik.

Sual: Qarşıdakı mövsümdən nə gözləyirsiniz?
Stefano Domenikali:
Mövsüm çətin olacaq. Reqlamentdəki çətinlikləri nəzərə alsaq, hamı yeni layihəni ağ vərəqdən başlayıb, ona görə də zaman faktoru vacib rol oynaya bilər – nə qədər ki biz və McLaren titullar uğrunda mübarizə aparırdıq və hazırkı maşını təkmilləşdirirdik, rəqiblərimiz yeni maşının hazırlanması ilə məşğul idilər. Bu böyük üstünlüyə səbəb ola bilər.

Sual: Rəqiblərlə müqayisədə yeni Ferrari nə qədər rəqabətədavamlıdır?
Stefano Domenikali:
Elə təəssürat alınmasın ki, mən cavabdan qaçıram, amma hazırda qüvvələr nisbətini söyləmək həmişəkindən də çətindir. Müəyyən müddət testlərdə müəyyən bir balans var idi, üstünlük bir komandadan digər komandaya keçirdi. Braun gələnə kimi… Onun yeni maşınının effektliyi qeyri-adidir. Biz güclü komandalar arasında mübarizəyə ümid edirik, amma gözlənilməzlik faktorunu da nəzərə almaq lazımdır. Yalnız Melburn yarışı hər şeyi öz yerinə qoyacaq.

Sual: Texniki reqlamentin bəzi komandalar tərəfindən müxtəlif cür yozulmasına Ferrari necə baxır?
Stefano Domenikali:
Biz hesab edirik ki, biz qaydaları düzgün başa düşmüşük, bu qaydalar FİA və işçi qrup tərəfindən təklif olunub. Kimsə nədənsə şübhələnirsə, federasiya nümayəndələri məsələyə fikir bildirməlidirlər. Biz ümid edirik ki, bu tez və hamı üçün şəffaf ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*