19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:30

S.Domenikali: “Biz səbəbləri bilmək istəyirik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:38 - 16 Aprel, 2009

Bu gün səhər tezdən FİA-nın Apelyasiya Məhkəməsinin ikili diffuzorları leqal hesab etməsi barədə qərarı elan olunub. Brawn GP və Toyota […]

Bu gün səhər tezdən FİA-nın Apelyasiya Məhkəməsinin ikili diffuzorları leqal hesab etməsi barədə qərarı elan olunub. Brawn GP və Toyota komandaları bu qərarı alqışlayıblar, əks tərəf isə vəziyyəti hələlik şərh etməyib, amma Ferrari komandasının mətbuat xidməti qısa reliz yayıb…

“Scuderia Ferrari Marlboro komandası Apelyasiya Məhkəməsinin qərarını alıb, qərarda çempionatın üç komandasının maşınlarının texniki reqlamentə uyğun gəlməməsi barədə Scuderia Ferrari Marlboro komandasının İNG Renault F1, Red Bull Racing və BMW Sauber F1 komandaları ilə birlikdə qaldırdığı protestin təmin olunmaması bildirilir.”

Stefano Domenikali: “Biz səbəbləri bilmək istəyirik, hansı səbəblərə görə məhkəmə protestimizi təmin etməyib. Təəssüf ki, bu qərar bizi məcbur edir ki, texniki reqlamentin digər yozumunu seçmiş rəqiblərimizlə bərabər mübraizə aparmaq üçün maşınımız layihəsini fundamental şəkildə yenidən dəyişək. Bunun üçün vaxt və maliyyə tələb olunur, amma biz səyimizi artıracayıq ki, tezliklə komandanı yüksək rəabətəqavamlı səviyyəyə qaldıraq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 55
Teqlər
Paylaş

logo