S.Domenikali: “Biz istəyirik ki, Sauber çempionatda qalsın”

Gələn ilin dünya çempionatında çıxış etməsi üçün Sauber komandasına çempionat iştirakçılarının yekdil razılığı lazımdır. Amma bu razılıq hələ əldə olunmayıb, […]

Gələn ilin dünya çempionatında çıxış etməsi üçün Sauber komandasına çempionat iştirakçılarının yekdil razılığı lazımdır. Amma bu razılıq hələ əldə olunmayıb, Suzukada 14-cü komandanın iştirakı əleyhinə Campos və Williams komandaları çıxış ediblər. Sauber yalnız on aümid edə bilər ki, yeni komandalardan hər hansı biri mövsümün əvvəlinə hazırlaşa bilməyəcək…

Stefano Domenikali: “Mən Ferrari və FOTA-nın adından bildirirəm ki, biz Sauber-i gələn mövsümün startında görək. Bu komandanın zəngin tarixi var, komandada gözəl insanlar işləyir, komanda bizim idman üçün vacibdir. Amma bir neçə kiçik komanda vardır ki, bu mövqe ilə razılaşmırlar. Biz gözləməliyik və baxaq görək yeni komandaalrın hamısı starta çıxa biləcəkmi.

Aydındır ki, Sauber-ə belə bir vəizyyət sərf etmir, çünki onların gələcəyi yeni komandaların starta çıxma imkanlarından asılıdır. Komanda isə gələcəyini planlaşdırmalıdır, sponsorlarla işləməlidir. Məlum olduğu kimi, biz Sauber komandasını motorla təchiz etməyə hazırlaşırıq, ona görə də Ferrari qəti cavab gözləyir. Ümumiyyətlə, bu mərhələdə bütün komandaların yekdil razılığı vacibdir.

Mən başa düşürəm ki, komandanın yeni sahibi, yəni Qadbak sərmayə fondu da son qərarı gözləyir. Mənim fikrimcə, Sauber-ə inanmaq lazımdır. Əminəm ki, onlar lazımi qərarı qəbul edəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*