S.Domenikali: “Biz federasiyadan izahat gözləyirik”

FİA-nın Ümumdünya Şurasının keçən həftə keçirilmiş iclası ərəfəsində FOTA federasiyaya dünya çempionatında xal hesablanması sistemini dəyişməyi təklif etmişdi, yeni sistemdə […]

FİA-nın Ümumdünya Şurasının keçən həftə keçirilmiş iclası ərəfəsində FOTA federasiyaya dünya çempionatında xal hesablanması sistemini dəyişməyi təklif etmişdi, yeni sistemdə qələbə qazanan sürücü xal baxımından daha böyük üstünlük qazanırdı, amma Şura bu təklifi rədd edərək Berni Ekklstounun təklif etdiyi “Qalib hər şey alır” prinsipinə əsaslanan sxemi qəbul etdi. Komandalar belə radikal dəyişikliyə etiraz etdilər və nəticədə builki dünya çempionu keçən il olduğu kimi müəyyən olunacaq. Gazzetta dello Sport qəzetinə müsahibəsində Ferrari-nin başçısı Stefano Domenikali xallarla vəziyyəti və Melburnda protestlərin verilməsinə səbəb ola biləcək mübahisəli diffuzorların konstruksiyalarını şərh edib…

Stefano Domenikali: “Biz FİA-ya artıq bu ildən yeni xal hesablanması sxemini təklif etdik, amma nəticədə hər şey əvvəlki kimi qaldı. İnanmıram ki, biz hamımız bunu istəyirdik. Son günlər baş verənlər Formula1-ə yaxşı təsir etmir.

Diffuzorlara gəlincə, biz əminik ki, bəzi elementlər qaydalara cavab vermir və federasiyadan izahat gözləyirik. Əgər element qeyri-qanunidirsə, o istifadə olunmamalıdır, əgər hər şey qaydasındadırsa, onda digər komandalar, o cümlədən biz də bu elementdən tezliklə istifadə etməyə çalışacayıq – diffuzor həqiqətən üstünlük verir. Bu məsələdə hamı məsuliyyət hiss etməlidir, ümid edirəm ki, problem mübahisəyə çevrilənə kimi həll olunacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*