Scuderia Toro Rosso – STR7 (video)

Bu gün axşam Toro Rosso komandası 2012-c il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Xeres avtodromunda komandanın boksları önündə […]

Bu gün axşam Toro Rosso komandası 2012-c il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Xeres avtodromunda komandanın boksları önündə Daniel Rikkardo və Jan Erik Vern yeni STR7-nin üzərindən pərdəni çəkiblər.

Komanda keçən mövsümü Mühəndislər Kubokunda 8-ci yerdə başa vurmuşdu, ona görə də əsas məqsədi Mühəndislər Kubokunda irəliləməkdir – bu barədə komandanın başçısı Frans Tost danışıb…

str-2
Frans Tost: “Düzünü desəm, şənbə günü səhər tezdən maşını Faensadan Xeresə yola salanda, əmin deyildim ki, vaxtında bura çatacayıq – bütün yol boyu qar yağıb, amma biz bunu edə bildik!

STR7 – tamamilə Toro Rossonun işləyib hazırladığı üçüncü maşındır. Biz ciddi vəsaitlər sərmayə etmişik ki, zəruri infrastruktur hazırlayaq və ümid edirəm ki, qarşıdakı mövsümdə yeni infrastrukturumuz nəticələrimzə müsbət təsir edəcək. Deməliyəm ki, sərmayələr bizim güclü tərəfdaşlarımızın sayəsində mümkün olub.

Keçən il biz komandaya iyirmi mühəndis dəvət etmişik, aerodinamika və CFD şöbəsində effektliyə nail olmuşuq, McLaren-dən Luka Furbatto baş konstruktor vəzifəsinə gəlib. Yeni mütəxəssislərlə ciddi inkişafa ümid edirik. Biz daim irəliyə getməliyik, əksa halda, qarşıya qoyduğumuz məqəsədə çata bilmərik.

Sabah yeni maşını trasda yoxlayacayıq, bu həmişə xüsusi hisslərdir. Bizim iki yeni və güclü sürücümüz olacaq, əminəm ki, onlar işlərinin öhdəsindən gələcəklər.”

str-3
Toro Rosso maşını ənənəvi rəng çalarlarını saxlayıb, amma ilk görünüşdən nəzərə çarpan yeni elementlər bir çoxlarını təəccübləndirib. STR7-nin arxa hissəsi çox kompaktdır, burun elementindəki “pillə” isə digər maşınlarda olduğundan daha mailidir. Texniki direktor Corcio Askanelli yeni maşından razıdır…

Corcio Askanelli: “Güman edirəm ki, bu maşın özünü əylənmədə daha stabil aparacaq. Biz böyük iş görmüşük və ixtiyarımızda olan alət və avadanlıqlardan inamla istifadə etmişik. Ümid edirəm ki, bu il bizim nəticələrimiz ciddi yaxşılaşacaq.”

str-4
Sürücülər təbəssümlərini gizlətməyiblər – Daniel Rikkardo və Jan Erik Vern Formula1-də ilk tam mövsümlərinə hazırlaşırlar…

Daniel Rikkardo: “Yeni maşın seksual görünür, ilk dəfə onu bir neçə gün əvvəl görmüşdüm – STR7 ilk maşındır ki, mövsümün əvvəlindən mənim ixtiyarımda olacaq. Hamı bilir ki, Formula1 mənim üçün necə böyük əhəmiyyət kəsb edir. Maşının üzərində mənim adım yazılıb, mən bilirəm ki, bu həqiqətən mənim maşınımdır və bu mənə çox xoşdur.”

Jan Erik Vern: “Maşın çox gözəl görünür, amma mənim üçün gözəl maşın, hər şeydən əvvəl, sürətli maşınmdır, ona görə də ilk Qran Prini gözləyək və baxaq görək ki, necə olacaq. Sabah başlayacaq testləri səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəm ki, ilk Qran Primə maksimum yaxşı formada hazırlaşım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*