23 Noyabr 2017, Cümə axşamı - 22:35

Scuderia Ferrari – F14 T (video)

Scuderia Ferrari – F14 T (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:53 - 10 Yanvar, 2014

Bu gün Ferrari komandası yeni F14 T maşınını təqdim edib – Maranelloda Formula1 üçün hazırlanmış 60-cı maşın 665 indeksini alıb. […]

Bu gün Ferrari komandası yeni F14 T maşınını təqdim edib – Maranelloda Formula1 üçün hazırlanmış 60-cı maşın 665 indeksini alıb. Layihə üzərində iş isə iki il əvvəl başlamışdı, çünki 2014-cü il mövsümü çempionat tarixində ən çətin mövsüm olacaq: texniki reqlamentdə belə ciddi dəyişikliklər çoxdan olmamışdı…

Maşının xarici görünüşü, xüsusən də burun hissəsi, gözlənildiyi kimi sələfindən fərqlənir. Amma əsas fərqlər F14 T-nin korpusunun altında gizlənir və hər şeydən əvvəl yeni güc qurğusunun və soyutma sisteminin yerləşdirilməsindən asılıdır. Komandanın mətbuat xidməti əmin edir ki, yeni şassinin, mühərrikin və digər vacib elementlərin Maranelloda bilavasitə Ferrari tərəfindən hazırlanmasından maksimum yararlanıblar.

Yeni Ferrari F14 T maşınının təqdimat mərasimində şirkətin prezidenti Luka di Montedzemolo qarşıdakı mövsümdə komandanın qarşısında duran vəzifələrdən danışıb. Onun sözlərinə görə, Maranelloda əvvəlki mövsümlərin uğursuzlarının əvvəzini çıxmaq üçün hər bir şey var…

f14-t-2
Luka di Montedzemolo: “Mən 20 ildən çoxdur ki, Ferrari-də çalışıram, amma hər il təqdimat günü nadir alınır. Mən inam hissi yaşayıram, çünki bizim güclü komandamız var. Mənə elə gəlir ki, uğur üçün bizim əlimizdə hər bir şey vardır.

Mən Kimi Rəykkönenin qayıtmasına çox şadam – məhz o, Ferrari üçün son titulu qazanıb. Fernando isə bizimlə olduğu dörd mövsümün hamısını əla keçirib və 3 dəfə mövsümü ikinci yerdə başa vurub. İndi isə növbə qələbənindir.

Mən bizim yeni texniki direktorumuz Ceyms Əllisona etibar edirəm – mühərrik işinə Ceyms başçılıq edirdi. Buliki güc qurğusu olduqca çətin və kompleks qurğudur. Mən hesab edirəm ki, mövsümün gedişində, xüsusən də ilk yarışlarda həlledici rolu məhz etibarlılıq oynayacaq.

f14-t-3
Reqlamentdə belə ciddi dəyişikliklər şəraitində qüvvələr nisbətini dərhal başa düşmək çətindir və kimin rəabqətədavamlı olmasını görmək mümkün deyil. Bizim məqsədimiz liderlər siyahısında olamqdır. Maksimum çalışmaq lazımdır və mən gördüm ki, bizim əməkdaşlarımızın hamısı bunu gözəl başa düşürlər və bu məqsədə can atırlar. Məhz bu əhval-ruhiyyə ilə komanda ilk testlərə gələcək.

Biz sürücülərimizə rəqabətədavamlı maşın verməklə kifayətlənməməliyik, həm də onları güclü komanda ilə əhatə etməliyik. Stefano Domenikali kollektivin yüngül yenilənməsini təşkil edib. Mən ona inanıram, axı bizim hər ikimizin eyni məqsədi var – Ferrari-nin potensialından maksimum istifadə etməklə yenidən qələbə qazanmaq…”

2014-cü ilin vəzifələrindən komandanın başçısı Stefano Domenikali danışıb…

f14-t-4
Stefano Domenikali: “Qarşıdakı mövsüm daha çətin olacaq, çünki biz tamamilə yeni maşınla, yeni sistemlə işləməli olacayıq, hətta yanacaq effektliyinə də yeni yanaşma tətbiq etməliyik. Bütün bunları nəzərə almaqla komanda maksimum imkan olan nəticəyə çalışacaq – pit-stoplar zamanı effektiv işi də unutmaq olmaz. Bütün bu işləri bir yerə cəmləmək lazımdır. Bizi uzun mövsüm gözləyir, amma mövsümə etibarlılıq problemləri olmadan başlamaq vacibdir, sonra isə maşını dinamik şəkildə modernizə etdirəcəyik – keçən il komandaya məhz bu çatmırdı.

Əlbəttə, ilk testlər hamıya çətin olacaq, axı çox şeyi yoxlamaq və test etmək lazım gələcək, eyni zamanda, hər şeydən əvvəl böyük pressinqdən azad olmaq lazımdır. Biz bunu gözəl başa düşürük və bütün diqqətimizi işimizdə cəmləmişik və əmin olmaq istəyirik ki, əlimizdən gələn hər bir şeyi edəcəyik. Ferrari komandaya lazım olan hər bir şeyi verib. Bizdən isə maksimum konsentrə tələb olunur, çalışmalıyıq ki, pressinq bizim işimizə təsir eləməsin. Biz sadəcə Ferrari-ni deyil, həm də bütün Formula1-i təmsil edirik…”

Ferrari komandasının texniki direktoru Ceyms Əllison yeni maşının hazırlanmasında mühəndislərin işlərindən danışıb…

f14-t-6
Ceyms Əllison: “2014-cü ildə biz mühərriyin hazırlanmasını ağ vərəqdən başladıq – çoxdandır bu işlə məşğul olmurduq. Güclü mühərrik qarşıdakı mövsümdə rəqabətədavamlılığın əsas faktoru olacaq və bu vəziyyət əvvəlki illərdən fərqlənir. Aerodinamikaya aid qaydalar da tam yenilənib. Mövsümün gedişində aerodinamikanın daim təkmilləşdirilməsi də titul uğrunda mübarizədə vacib rol oynayacaq. Bu iş güc qurğusunun effektliyindən də az vacib olmayacaq.

Əgər məndən soruşsaydılar ki, bu mövsümdə nə vacib olacaq – mühərrik, yoxsa aerodinamika – mən deyərdim ki, bu il ən vacib faktor nə güc qurğusunun, nə də aerodinamikanın effektliyi olmayacaq. Uğurun tam faktoru məhz etibarlılıq olacaq.

Biz hər bir yarışa yenilik hazırlamağı nəzərdə tutmuşuq ki, bütün mövsümün gedişində inkişafı təmin edə bilək. Formula1-də hər bir səviyyədə mübarizə gedir – komandanın idarəolunma metodlarında, maşının sürətini artırmaq cəhdlərində, əməkdaşlara və bazanın infrastrukturuna sərmayə yatırımında. Bu, fasiləsiz prosesdir və mən Ferrari-yə belə bir mərhələdə qayıtmağa şadam: komanda baza avadanlıqlarını tam yeniləyib, aerodinamik borunu və dinamometrik stendləri modernizə edib. Bütün bunlar gələcəyin təməlidir. Biz bacardığımız qədər yaxşı işləməliyik ki, bizə verilən imkanlardan maksimum istifadə edək…”

f14-t-7
Fernando Alonso bildirib ki, çox nikbin köklənib və Mixael Şumaxerin uğurunu təkrarlamağa ümid edir – Mxiael Ferrari-də ilk titulunu Maranelloda məhz 5-ci mövsümündə qazanmışdı…

Fernando Alonso: “Mixael Şumaxer Ferrari ilə məhz beşinci mövsümündə qələbə qazanmışdı, ona görə də mən bu il onun bəzi nailiyyətlərini təkrarlamaq istəyirəm. Son illərdə biz bir neçə dəfə məqsədimizə yaxın idik – 2010-cu və 2012-ci illərdə çempionatda qələbə üçün çox az xalımız çatmadı. Bu il biz yenə də uğur qazanmağa çalışacayıq və mən ümid edirəm ki, buna nail olacayıq.

Yeni reqlamentə keçdiyimiz üçün bu il Formula1 çox dəyişəcək. Sürmə stilimizi də dəyişməli olacayıq. Mən yeni maşını trasda test etməyi səbirsizliklə gözləyirəm.

Mənə elə gəlir ki, biz Kimi ilə güclü komanda yoldaşları olacayıq, axı bizim hər birimiz çempionuq. Amma hər bir il sıfırdan başlayır, ona görə də kimin rəqabətədavaçlı olacağı hələ bəlli deyil. Hərçənd, bizim çox güclü komandamız var və əgər biz öz işimizi yaxşı görə bilsək, onda ümid edirəm ki, yaxşı nəticələrə imza ata bilərik. Əgər bunu edə bilməsək, deməli, digər komandanın sürücüləri güclü olacaqlar. Bizim vəzifəmiz öz işimizi yaxşı yerinə yetirməkdir.”

f14-t-5
Dördillik fasilədən sonra Kimi Rəykkönen Ferrari-yə qayıdıb, məhz bu komandada finlandiyalı sürücü dünya çempionu olmuşdu. Kimi əmindir ki, Skuderiya yenə də titul uğrunda mübarizə aparacaq…

Kimi Rəykkönen: “Ferrari-yə qayıtmaq çox xoşdur, axı məhz bu komandada mən 2007-ci ildə titul qazanmışam. Məqsədimiz dəyişməyib: biz əlimizdən gələni etməliyik ki, yarışlarda qələbə qazanaq və çempionatda titul uğrunda mübarizə aparaq. Baxaq görək, hadisələr necə cərəyan edəcək, amma bizim vəzifəmiz qələbə qazanmaqdır.

Ümid edirəm ki, biz ən güclü komanda olacayıq, amma bunun üçün vacib faktorlar var. Bizim hər ikimiz, həm Fernando, həm də mən qələbə qazanmaq istəyirik, amma zaman göstərəcək biz hansı nəticələrə imza atacayıq və bizim maşınımız nə dərəcədə rəqabətədavamlı olacaq. Baxaq görək, ilk testlər bizim ümidləri doğruldacaqmı və çempionatda mübarizə aparmağa imkan verəcək maşınımız olacaqmı?”

f14-t-8


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 312
Teqlər , , , , , ,
Paylaş

logo