S.Burde Toro Rosso-nun Xeres testlərinə dəvət olunub

Sebastyen Burde gələn həftə Xeresdə keçiriləcək testlərdə iştirak etmək üçün Toro Rosso tərəfindən dəvətnamə alıb. Bu barədə məlumatı Autosport yayıb, […]

Sebastyen Burde gələn həftə Xeresdə keçiriləcək testlərdə iştirak etmək üçün Toro Rosso tərəfindən dəvətnamə alıb. Bu barədə məlumatı Autosport yayıb, çox güman ki, fransalı sürücü məqsədinə doğru daha bir addım atıb – 2009-cu ildə Formula1-də çıxış etmək. Toro Rosso çempionatda heyətini tam dəqiqləşdirməyən yeganə komandadır – hələlik yalnız Sebastyen Bueminin maşınlardan birinin sükanı arxasında çıxış etməsi məlumdur.

Əgər təcrübəli Burde Xeresdə testlərə qoşulacaqsa, deməli, onun müqavilə bağlamaq şansları yüksəlib – deyəsən Toro Rosso rəhbərliyi ChampCar-ın dördqat qalibi ilə müqavilə bağlamaq qərarını qəbul edib, amma bu məlumat hələ rəsmən təsdiq olunmayıb. Keçən il Burde komanda yoldaşı Sebastyan Fetteldən açıq-aydın geri qalırdı, amma bunu maşının onun sürmə stilinə uyğun gəlməməsilə izah edirdi. Lakin mövsümün sonuna doğru onun nəticələri yaxşılaşdı və komanda görürdü ki, sürücü vəziyyəti dəyişmək üçün necə cəhdlə işləyir.

Əgər Burde həqiqətən Toro Rosso ilə müqavilə bağlasa, bu həm də onun meneceri Jan Todtun oğlu Nikolya Todtun xidməti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*