Sauber yeni C31-i təqdim edib

Mövsümöncəsu testlərə bir gün qalmış Sauber komandası yeni maşınını təqdim edib. Xeres avtodromunun start düzlüyündə Kamui Kobayaşi və Serxio Peres […]

Mövsümöncəsu testlərə bir gün qalmış Sauber komandası yeni maşınını təqdim edib. Xeres avtodromunun start düzlüyündə Kamui Kobayaşi və Serxio Peres C31-in üzərindən pərdəni çəkiblər, sonra jurnalistlər qısa mətbuat konfransına dəvət olunublar.

Maşının rəng çaları bir qədər dəyişib, C31-in burun elementi və arxa hissəsi boz rəngə boyanıb. Şassinin ön hissəsinin konsepsiyası dəyişməyib, mövsümə xas olan “pillə”nin köməyi ilə yeni reqlamentə uyğunluq gətirilib.

Bu gün C31 trasda ilk dövrələri vuracaq, sükan arxasına Kamui Kobayaşi oturacaq, sabah isə maşın rəsmi testlərə başlayacaq – yaponiyalı sürücü birinci və sonuncu günləri, Peres isə ortadakı iki günü işləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*