Sauber tezliklə rəsmi bəyanat yayacaq

Sauber komandası maliyyə problemlərini həll etmək üçün həll yolu tapıb...

F-1.az xatırladır ki, bu həftə çıxan xəbərlərə əsasən, Sauber həm may, həm də iyun aylarının maaşlarını ödəyib. Bu ödəmələrdən sonra belə sual yaranıb: “Sauber satılır?”

Komandanın idarəçilərindən olan Bit Zender bu barədə danışıb: “Hamı gələcəkdə işlərin yaxşı olacağına inandığı üçün komanda daxilindəki ab-hava dəyişdi”.

Sauber komandasının mətbuat katibi bildirib ki, onlar tezliklə rəsmi bəyanat yayacaqlar: “Növbəti iki həftə ərzində rəsmi bəyanat vermək istəyirik və bu komanda üçün çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*