Sauber şayiələri təkzib edib

Hinvil Avropa mətbuatında yazılan şayiələri təkzib etməli olub – qəzetlər 2014-cü ildən Sauber komandasının Mercedes motorlarına keçməsini xəbər veriblər. Komanda […]

Hinvil Avropa mətbuatında yazılan şayiələri təkzib etməli olub – qəzetlər 2014-cü ildən Sauber komandasının Mercedes motorlarına keçməsini xəbər veriblər. Komanda isə Ferrari ilə uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

İsveçrə komandası 1997-ci ildən Maranelloda istehsal olunan motorlardan istifadə edir – sadəcə 4 il ərzində BMW şirkətinə məxsus olduğu illər istisnadır. Hərçənd, Sauber Formula1-də 1993-cü ildə debüt edərkən C12 maşınlarında İlmor motorları quraşdırılmışdı – sonra bu şirkətin yerində indiki Mercedes motorlarını istehsal edən Mercedes High Performance Powertrains zavodu tikildi.

Amma komandanın nümayəndəsi Speed Week həftəliyinə bildirib ki, komanda hələ V6 turbo motorların təchizatçısını müəyyən etməyib: “2014-cü ildə bizi motorlarla təmin edəcək tərəfdaşımız hələ yoxdur, çünki hələ bir çox maliyyə aspektlərini həll etməmişik. Biz Ferrari ilə 10 ildən çox işləyirik, bu faktdır, ona görə də təbiidir ki, biz birinci növbədə Skuderiya ilə əlaqə saxlayırıq.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*