23 Sentyabr 2018, Bazar - 00:46

Sauber problemi həll edib, amma…

Sauber problemi həll edib, amma…

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 31 Avqust, 2018

Sauber komandası Markus Erikssonun qəzasından sonra performansdan imtina edərək problemi həll edib.

F-1.az xatırladır ki, isveçli sürücü ikinci sərbəst yürüşlərin əvvəlində DRS bağlanmadığı üçün ağır qəza keçirib. Eriksson sol tərəfdəki divara çırpılaraq havada fırlansa da, yaralanmayıb.

Komanda yoldaşı Şarl Lekler də DRS problemi yaşayıb və Sauber komandası problemi həll edib monakolu sürücünü trasa buraxıb: 21 yaşlı sürücü 9-cu yeri tutub.

Şarl Lekler: “Çətin idi. Düzlüyün sonunda DRS-in bağlanıb-bağlanmadığını bilmirdik. Məndə də eyni problem var idi, amma mənim bəxtim gətirdi. Markusun DRS-indən tez bağlandı. Problemi həll etdik, amma performansdan imtina etdik. Sabah bu problemi yaşamamaq və tam performansla yarışmaq üçün nə edəcəyimizi bilirik”.

Sauber komandasının sürücüləri ayaqlarını qaz pedalından çəkəndə DRS bağlanmır. Lakin sürücü sükandakı düyməyə basaraq arxa qanadı bağlayır. Sauber komandası cümə sərbəst yürüşlərindən sonra Leklerdə bu sistemi tətbiq edib. Lakin bu da problemi həll etməyib. Son yarım saatda isə monakolu sürücü DRS-i manual olaraq istifadə edib və komanda arxa qanadın yaxşı vəziyyətdə olduğunu deyib.

Şarl Lekler: “Uşaqlara güvənirəm və işlərini yaxşı görürlər. Onlar problem yoxdur deyirlərsə, deməli yoxdur. Problemi həll etdik və günü yaxşı yerdə bitirdik”.

Komandalar yüksək sürətli Montsada aşağı asfaltayatma qüvvəsinə sahib olan arxa qanaddan istifadə edirlər.

Frederik Vassyör: “İlk dəfə bu problemlə qarşılaşırıq. Bu hal asfaltayatma qüvvəsindən qaynaqlanır. Yeni qanad gətirdik, amma problem DRS-dədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 71
Teqlər , , , , ,
Paylaş

logo