26 Sentyabr 2018, Çərşənbə - 19:22

Sauber komandası satılır?

Sauber komandası satılır?

Müəllif: Elçin Zodorov, redaktor

17:24 - 30 İyun, 2016

Maddi çətinliklər yaşayan komandanın satılması gündəmdədir.

F-1.az xatırladır ki, çətin günlərini yaşayan komanda fevral, mart və aprel aylarının maaşlarının verilməsini gecikdirmişdi. Deyilənlərə görə, komandanın rəhbəri Monişa Kaltenborn bir çox sərmayəçi ilə danışıqlar aparır. Artıq bu danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir.

Monişa Kaltenborn: “Hazırda problemlərin həlli məsələsi ilə məşğuluq. Maaşların verilməsi də bunun bir parçasıdır”.

İsveçrənin Blick qəzeti də Sauber-in may və iyun ayına olan maaşları eyni vaxtda verəcəyini iddia edib. Bu pulun mənbəyi maraqlıdır və komandanın satılmasından əldə olunması ehtimalı var. Komandanın yay fasiləsinə qədər vacib addımlar atacağı gözlənilir.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 270
Teqlər ,
Paylaş

logo