Sauber komandası Monişanın ayrılığına görə şokdadır

Sauber komandasının sürücüləri Paskal Verlyayn və Markus Eriksson rəhbərləri Monişa Koltenbornun komandadan getməsinə təəccübləniblər...

F-1.az xatırladır ki, Formula1 tarixinin ilk qadın komanda rəhbəri fikir ayrılıqlarına görə öz razılığı ilə Sauber-dəki postundan istefa verib.

Markus Eriksson: “Hər şey çox ani baş verdi. Hamısı 48 saat ərzində oldu. Gələcək planlar mövzusunda yeni sahiblərə güvənməliyik”.

Paskal Verlyayn: “İkinci gün bunu eşidəndə çox təəccübləndim. Bunu heç gözləmirdim”.

Bəzi xəbərlərə əsasən, Sauber komandasının yeni sahibləri Verlyayna qarşı Erikssonu dəstəklədikləri üçün Kaltenborn komandadan ayrılıb. Lakin həm İsveçrə təmsilçisi, həm də Eriksson bu məlumatı təkzin ediblər.

Markus Eriksson: “Bu tamamilə yalandır. Bu xəbərlər Sauber komandasının üzvünə qarşı hörmətsizlikdir. Bazada uğur qazanmaq üçün gecə-gündüz işləyənlər var. Paskalla vəziyyət belə deyil. İkimizə də eyni bolidlər verilib və həmişə belə olacaq”.

Paskal Verlyayn: “Məyusam, amma bu barədə danışmayacam. Bəzi xallar aldım və bolidi sıralanmada ikinci sessiyaya çıxardım. Boliddən maksimumu çıxarmağa çalışıram. Mənim vəzifəm budur.

İkinci gün Monişa mənə zəng edib vəziyyət barədə danışdı. Eşidəndə təəccübləndim. Monişa getdikdən sonra vacib dəstəkçimi itirdim. Mənə çox dəstək verirdi. Gələcəkdə də elə olacağını bilirdim. O, mənim karyeramın ən çətin dövründə yanımda oldu. Buna görə Monişaya həmişə minnətdar olacam və onu unutmayacam”.

Markus Eriksson: “Monişa ilə heç danışmadım. Detallardan xəbərim yoxdur. Deyəsən, daha sonra öyrənəcəm. Mənə Formula1-də yarışmaq fürsəti verdiyi üçün ona minnətdaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*