Sauber komandası maaşları vermir

Sauber komandası işçilərinin maaşını verə bilmir. Bunun əsas səbəbi isə komandadaki maliyyə böhranıdır...

F-1.az xəbər verir ki, Sauber komandası bildirmişdi ki, onlar yeni titul sponsoru ilə müqavilə bağlayacaqlar, amma hələ də bu müqavilədən səs-soraq yoxdur.

Sauber komandası keçən ilin noyabr ayında çempionatdan gələn gəlirin bir hissəsini avans kimi alıb.

Komandaların ilk yarışa hazırlıq prosesi ən çətin və ən çox pul xərclənən mərhələdir. Ona görə də mövsümün əvvəlində kiçik komandaların maliyyə böhranı yaşaması normal haldır.

Amma bütün çətinliklərə baxmayaraq, Sauber komandası inanır ki, onlar inkişaf proqramlarını davam etdirə biləcəklər.

Bu barədə komandanın rəhbəri Monişa Kaltenborn danışıb: “Bəli, bu doğrudur. Fevral ayının maaşlarını ödəyə bilmədik. Ona görə də məyusam”.

Qeyd edək ki, Sauber komandası 2014-cü ildə xal qazana bilməyib və daha sonra isə Van der Qardeyə 15 milyon avro təzminat ödəməli olub. Bu hallar komandaya maliyyə cəhətdən ciddi təsir edib.

Kaltenborn bu barədə də danışıb: “Hazırda vəziyyət çətindir. İndi mövsümün ən çox pul xərclənən dövrüdür. Sponsorlarımızdan gələn pullar da gecikir, amma problemləri qısa müddət ərzində həll edəcəyik.

Ayağa qalxıb, mübarizə aparacayıq və bu vəziyyətdən çıxacayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*