Sauber komandası Alfa Romeo ilə tərəfdaşlığı təkmilləşdirir

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, gələcəkdə Alfa Romeo ilə texniki tərəfdaşlığa başlaya bilərlər.

F-1.az xatırladır ki, Alfa Romeo brendi uzun illərən sonra Sauber komandası ilə Formula1-ə qayıdıb.

Frederik Vassyör: “Tələsməsək də, hər şey sürətlə inkişaf edir. Avqustda mühərrik müqaviləsi bağladıq. Sonra Alfa Romeo üçün danışıqlar başladı və dekabrda müqavilə bağlandı. İndi isə tərəfdaşlığın fərqli yönlərini dəyərləndiririk. Bu tərəfdaşlığı təkmilləşdirmək üçün alternativlərə baxacağıq. Texniki tərəfdaşlıq da bunlardan biri olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*