Sauber gələn mövsümə heyətini elan edib

İnterlaqosda uik-end ərəfəsində Sauber komandası gələn mövsümə heyətini açıqlayıb – Niko Hülkenberqin komanda yoldaşı Esteban Qutyerres olacaq, Robin Friyns isə […]

İnterlaqosda uik-end ərəfəsində Sauber komandası gələn mövsümə heyətini açıqlayıb – Niko Hülkenberqin komanda yoldaşı Esteban Qutyerres olacaq, Robin Friyns isə ehtiyat və test sürücü vakansiyasını tutacaq.

Monişa Kaltenborn, komandanın başçısı: “Biz Estabanla çoxdan əməkdaşlıq edirik və onun karyerasını diqqətlə izləyirdik. 2010-cu ildə o bizim komandaya qoşulub, son iki ildə isə ehtiyat və test sürücümüz idi. Qutyerres istedadlı sürücüdür, o növbəti addımı atmağa hazırdır. Niko Hülkenberq və Esteban Qutyerres gənc və güclü sürücü cütlüyü olacaq.

Mən Kamui Kobayaşiyə təşəkkür eləmək istəyirəm. Son üç ildə Kamui hamıya öz sürətini nümayiş etdirməklə yanaşı, həm də özünün insani keyfiyyətlərini də göstərib – o fantastik komanda oyunçusudur. Komandanın hər bir əməkdaşı ona böyük hörmət edir, onun Yaponiyadakı podiumu isə komanda üçün emosional oldu. Onun başqa bir sürücü ilə əvəz olunmaı qərarı asan deyildi, amma biz yeni start almağa qərar vermişik və bizim Kamui ilə əməkdaşlığımız mövsümün son yarışından sonra başa çatır. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq.

Biz Serxio Peresə də minnətdarlıq bildiririk, bu il Çeko bizim üçün üç podium qazandı və istedadını Formula1 tarixinin ən uğurlu komandalarından biri olan McLaren-də də davam etdirə bilər.”

Esteban Qutyerres: “Sauber-də üç il çalışdıqdan sonra mən hamıya diqqət və köməyinə görə minnətdarlıq etmək istəyirəm – məhz bunun sayəsində mən Formula1 sürücüsü olacam. Digər yarış seriyalarında təcrübə toplayaraq, mən hiss edirəm ki, mənim üçün yeni sınaq dövrü başlayır – avtoidmanın ən yüksək sinfində də uğur qazanmaq lazımdır.

Mənim dübütümdə həlledici rolu mənim ailəm və sponsorlarımın dəstəyi oynadı, ona görə də bu layihədə iştirak edən hər bir kəsə minnətdarlıq etmək istəyirsəm. Mən Niko kimi təcrübəli bir sürücü ilə eyni komandada böyük məmnuniyyətlə çalışacam. Niko mənim üçün əla nümunə olacaq və mənə Formula1-dəki yüksək rəqabətə daha tez öyrəşməyimə kömək edəcək – onda biz komanda ilə birlikdə maşını təkmilləşdirə biləcəyik.”

Robin Friyns: “Mən çox şadam ki, Sauber komandası mənə belə bir imkan verib. Mən Monişa Kaltenborn və Peter Zauberə mənə inanaraq mənimlə müqavilə bğladıqları üçün minnətdarlıq etmək istəyirəm. Bu, mənim üçün Formula1-in yüksək peşəkar dünyası ilə tanışlıq şansıdır və mən komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. Mən növbəti mövsümün başlanmasını səbirsizliklə gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*