Sauber də FOTA-nı tərk edib

Formula1 komandalarının assosiasiyası (FOTA) birlikdən dəm vursa da, dağılmaqda davam edir. Keçən həftə FOTA-nı tərk etməyi qərara alan Ferrari və […]

Formula1 komandalarının assosiasiyası (FOTA) birlikdən dəm vursa da, dağılmaqda davam edir. Keçən həftə FOTA-nı tərk etməyi qərara alan Ferrari və Red Bull komandalarına bu gün Sauber komandası da qoşulub. Autosport həftəliyinin bildirdiyinə görə, Toro Rosso da eyni addımı atacaq.

Hazırda təşkilatın cəmi 8 üzvü qalıb, texliklə isə komandaların sayı 7 ola bilər. Sauber-in nümayəndəsinin bildirdiyinə görə, komanda təşkilatı tərk etməsi səbəbini digər üzvlərə bildirib və bunu mətbuata yaymağa lüzum görmür.

FOTA-nın nümayəndələri vəziyyətə operativ şərh verə bilməyiblər, son məlumata görə təşkilatın fəal üzvləri – McLaren və Mercedes komanda başçıları ilə görüşlərə hazırlaşırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*