Sauber DDRS-i nüsxələməyəcək

Mövsümün əvvəlində bütün komandalar Mercedes AMG maşınlarına quraşdırılmış DDRS sistemi ilə, bu sistemin nüsxələnməsi ilə maraqlanırdılar. Sauber komandası bu sistemdən […]

Mövsümün əvvəlində bütün komandalar Mercedes AMG maşınlarına quraşdırılmış DDRS sistemi ilə, bu sistemin nüsxələnməsi ilə maraqlanırdılar. Sauber komandası bu sistemdən imtina etmək qərarına gəlib, çünki sistem yalnız sıralanma turunda kiçik üstünlük verir…

Mətyu Morris, komandanın baş konstruktoru: “Biz yaxın gələcəkdə bu sistemin tətbiqini planlaşdırmırıq. Biz bazada bəzi hesablamalar apardıq – hazırda bu sistem məsrəf və sürət münasibətindən bizə sərfəli deyil. Sistemdən istifadənin potensial üstünlüyünü hesablamaq çətindir, həm də ssitem yalnız sıralanma turunda üstünlük verir. Əlbəttə, sistem bizim maşınların sürətini 0.1-0.2 saniyə artırardı, amma bundan ötrü bizim maşında çox şeyi dyişmək lazımdır. Elə əsas problem də budur.”

Bu gün Mucello testlərində Serxio Peresin maşınının arxa hissəsində qurulmuş sensorlar paddoka komandanın DDRS sisteminin nüsxələnməsi üzərində işləməsi şayiələrini doğurub, amma Mətyu bildirib ki, bu sensorlarla komanda maşının arxa hissəsinin elementlərinin effektliyinə nəzarət edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*