Sauber çarpma testlərindən keçib

Sauber komandasının 2018-ci il bolidi çarpma testlərindən uğurla keçib.

F-1.az xatırladır ki, isveçrəlilər keçən il Ferrari-nin 2016-cı il mühərriyindən istifadə etmiş və cəmi 5 xal toplayaraq turnir cədvəlinin sonunda qərarlaşmışdılar. Sauber komandası yeni mövsümə Alfa Romeo tərəfdaşlığı ilə başlayacaq və qırmızı-ağ rəng çalarları ilə yarışması gözlənilir. Bolidin təqdimatı isə fevralın 20-də olacaq.

İtaliyalı Luka Furbattonun hazırladığı bolid çarpma testlərindən uğurla keçib. Artıq son hazırlıqları edən Sauber komandasının hədəfləri böyükdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*