19 Dekabr 2018, Çərşənbə - 01:22

Sauber Alfa Romeo loqotipli C37-ni təqdim edib

Sauber Alfa Romeo loqotipli C37-ni təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

14:22 - 20 Fevral, 2018

Sauber komandası Alfa Romeo ilə tərəfdaş olduqdan sonra ilk bolidini təqdim edib.

F-1.az xəbər verir ki, yeni bolidin adı C37-dir və görünüşcə keçənilki C36-dan çox fərqlənir. Bunun əsas səbəbi yeni texniki reqlament və komandanın texniki cəhətdən fərqli yanaşmasıdır.

Frederik Vassyör: “Yeni mövsümü və sürücülərimi trasda görməyi həyəcanla gözləyirəm. Son aylarda üzərində çox işlədiyimiz C37-ni bu gün təqdim etmək gözəl oldu. Eriksson və Lekler mükəmməl cütlük olacaqlar. Biri təcrübəlidir, digəri isə gələcək vəd edir. Markus bizimlə 4-cü mövsümünə hazırlaşır. Onun təcrübəsindən və düzgün texniki geribildirimlərindən faydalanırıq. Şarl da aşağı seriyalarda özünü sübut etdi və Formula1-də yarışmağa layiqdir. Builki hədəfimiz rəqiblərə çatmaq və inkişaf etməkdir. C37-nin inkişafı üçün əlimizdən gələni etdik. Sponsorlara da təşəkkür edirəm. Alfa Romeo-nun dönüşü komanda üçün vacib olacaq və bu cür tarixi brendin bizi seçməsi qürurvericidir”.

Yorq Tsander: “Axır ki, C37 bolidini təqdim etdik. Bu bolid bütün bazada işləyənlərin əziyyətinin nəticəsidir. Bolidin fəlsəfəsi C36-dan çox fərqlidir və yeniliklərə sahibdir. Yeni konsept bizə çox fürsət gətirəcək və inkişafımıza kömək edəcək. Bundan başqa yeni Ferrari mühərriyi də kömək edəcək. Ümid edirəm ki, hər şey yaxşı olar”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 415
Teqlər , , ,
Paylaş

logo