Sauber 33 faiz böyüməyi planlaşdırır

Sauber komandasının yeni texniki direktoru Simone Resta bildirib ki, komanda tezliklə 33 faiz böyüyəcək.

F-1.az xatırladır ki, İsveçrə təmsilçisi 2016-cı ildə satılıb və keçən il Alfa Romeo ilə sponsorluq anlaşması imzalayıb.

Simone Resta: “Planlar gələcəyi təkmilləşdirmək üçün qurulur. Hazırda 400 işçimiz var və onların sayını 30 faiz artırmaq istəyirik. İnkişaf etməliyik və bunun üçün işçi gücünü artırmalıyıq. Təbii ki, istədiyimiz yerdə deyilik. Əskik tərəflərimizi tapıb təkmişləşmək üçün tezdir. Amma 4 həftə ərzində zəif tərəflərimizi tapıb inkişafa başlamalıyıq.

Hər komanda fərqlidir və hərəsinin öz ehtiyacı var. Ümid edrəm ki, təcrübəm hesabına təkmilləşmə prosesini yaxşılaşdıra biləcəm. Ümid edirəm ki, əlimdən gələnin ən yaxşısını edəcəm və komandanı inkişaf etdirəcəm. Hədəflərimiz davamlı xal qazanmaqdır. Hazırda orta qrupda stabil vəziyyətdəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*