Sahara Force İndia yeni VJM05-i təqdim edib

Bu gün səhər Silverstounda Sahara Force İndia komandası yeni VJM05 maşınını təqdim edib. Qeyd edək ki, 2008-ci ildə Vicey Malya […]

Bu gün səhər Silverstounda Sahara Force İndia komandası yeni VJM05 maşınını təqdim edib.

Qeyd edək ki, 2008-ci ildə Vicey Malya Spyker komandasını aldıqdan sonra hər il keçirdiyi təqdimat mərasimlərindən fərqli olaraq, builki təqdimat ilk mövsümöncəsi testlərdən əvvəl baş tutub.

Komandanın mühəndisləri Caterham və Ferrari mühəndislərinin yolu ilə gediblər, yəni maşının burun elementi pilləli düzəldilib. Yan pantonlar ciddi dəyişikliyə məruz qalıb, motorun üzərindəki ənənəvi quyruqdan da imtina edilib. Komanda ümid edir ki, VJM05 Mühəndislər Kubokunda ilk beşliyə düşməyə imkan verəcək.

Britaniyanın Autosport dərgisinin texniki eksperti Qəri Anderson hesab edir ki, maşının göstərdiyi ilk təəssürat çox pozitivdir: “Komandanın təqdim etdiyi yeni maşın bu il gördüklərimin ən yaxşısıdır, hətta Ferrari F2012-dən də yaxşıdır. VJM05-in hər bir hissəsi çox gözəl görünür. Düzdür, qazburaxma sistemi yaxşı görünmür, amma sistem dəyişdirilə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*