24 Noyabr 2017, Cümə - 09:42

Sahara Force İndia F1 Team – VJM08 (video)

Sahara Force İndia F1 Team – VJM08 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:57 - 14 Yanvar, 2015

Bu gün Mexikoda Sumayya muzeyində Force İndia komandası yeni rəng çalarlarını təqdim edib. Mərasimdə komandanın başçısı Vicey Malya, komandanın sürücüləri […]

Bu gün Mexikoda Sumayya muzeyində Force İndia komandası yeni rəng çalarlarını təqdim edib. Mərasimdə komandanın başçısı Vicey Malya, komandanın sürücüləri Serxio Peres və Niko Hülkenberq, həmçinin, yerli işgüzar və hökumət dairələrinin nümayəndələri iştirak ediblər.

force-02
Yeni maşının rəng çalarları keçənilki maşından xeyli fərqlənir – Hindistan bayrağının rənglərindən yalnız narıncı zolaqlar qalıb, üstünlük isə qara və gümüşü rənglərə verilib.

force-03
Vicey Malya: “Səkkiz il əvvəl biz Formula1-ə gələndə maşınımızda ağ rəng üstünlük edirdi, sonra biz Hindistanın bayraq rənglərini, daha sonra sponsorlarımızın rənglərini əlavə elədik. Bir neçə il əvvəl maşının rənginə aqresivlik verdik, qara rəngi çoxaltdıq ki, sponsorların loqoları daha aydın görünsün. Keçən il bizim tərəfdaşlarımız bu fəlsəfəmizdən razı qaldılar, ona görə də aqresivliyi artırmaq üçün bu dəfə gümüşü rəngi artırmışıq”.

force-04
Serxio Peres: “Mən qeyri-adi hisslər yaşayıram. Əvvəla, maşının yeni rəngləri çox xoşuma gəldi və bugünkü təqdimat məni gənclik illərimə qaytardı. Hərçənd, mən elə indi də gəncəm, amma o vaxtlar biz Telmex şirkəti ilə birlikdə təqdimatları Mexikoda keçirirdik. Amma sonra mən Avropaya getdim, karyeramı Avropada davam etdirdim və indi yenə də təqdimat üçün Mexikoya gəlmişik. Bu gün mənim və Telmex-lə əlaqəsi olan hər bir kəsin arzusu çin olub. Çox həyacanlı anlardır, şadam ki, bu hisslərimi ailəmlə, dostlarımla, həmvətənlərimlə bölüşə bilirəm”.

force-05
Niko Hülkenberq: “Mənim də maşının yeni rənglərindən xoşum gəldi, maşın doğrudan da aqresiv görünür. Qara rəng gümüşü rəngon fonunda gözəl görünür, indi isə maşının gözəl olmaqla yanaşı sürətli olmasını da sübut etmək lazımdır – onda bütün işlər ideal olacaq!”

force-06
force-07


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 438
Teqlər , , , , , ,
Paylaş

logo