Sabah FİA-nın Beynəlxalq Tribunalı iclas keçirəcək

Sabah Parisdə yerli vaxtla saat 9:30-da (Bakıda 12:30 olacaq) FİA-nın Beynəlxalq Tribunalı işinə başlacaq – iclasda Barselonada Pirelli şirkətinin Mercedes […]

Sabah Parisdə yerli vaxtla saat 9:30-da (Bakıda 12:30 olacaq) FİA-nın Beynəlxalq Tribunalı işinə başlacaq – iclasda Barselonada Pirelli şirkətinin Mercedes AMG komandası ilə birlikdə keçirdiyi testlər müzakirə olunacaq.

Əsas ittiham ondan ibarətdir ki, Mercedes AMG komandası testlərdə 2013-cü ilin maşınından istifadə edib, bu isə çempionatın İdman reqlamenti ilə və komandaların öz aralarındakı razılaşmaya əsasən qadağandır.

Ehtimal etmək olar ki, iclasın gedişi bir fakt üzərində qurulacaq6 komanda federasiyadan bu testlərə rəsmi icazə alıbmı? Bəzi mənbələrin verdikləri xəbərə görə, FİA-nın yarış direktoru Çarli Uaytinq komandaya məktubla icazə veribmiş.

Amma ekspertlər hesab edirlər ki, lap bu cür məktub olsa belə, Uaytinq öz fikrini ifadə edə bilər, amma bu fikrin reqlamentə uyğunluğunu federasiya təyin etməlidir.

Ekspertlər hesab edirlər ki, tribunal məsələni müzakirə etsə də, qərarını cümə günü elan edəcək. Məsələ çox ciddidir və qərar qəbul etməyə tələsəməyə lüzum yoxdur. Nəzəri cəhətdən, müstəqil məhkəmə orqanı istənilən cəzanı tətbiq edə bilər: pul cəriməsindən tutmuş komandanın çempionatdan qovulmasına qədər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*