17 Dekabr 2017, Bazar - 10:11

S.Yohansson: “Fettel doğru yoldadır”

S.Yohansson: “Fettel doğru yoldadır”

Müəllif: Rauf Hacıyev, redaktor

07:41 - 17 Oktyabr, 2016

Ferrari və McLaren komandalarının sabiq sürücüsü Stefan Yohansson bildirib ki, Fettelin Pirelli-nin 2017-ci il təkər testlərində iştirak etməsi ağıllı addımdır və almaniyalı sürücü bunun faydasını görəcək…

F-1.az xatırladır ki, 2017-ci ildə Formula1-in texniki reqlamentində radikal dəyişikliklər olacaq. Buna görə də, Red Bull, Mercedes və Ferrari komandaları Pirelli-nin 2017-ci il təkərləri ilə test imkanı əldə ediblər.

Yohansson bu barədə öz fikirlərini bildirib: “Pirelli-nin Fettellə test etməsinin və Fettelin testlərdə əlindən gələni etməsinin bir faydası olacaq. Keçmişdə çoxlu təkər testlərində iştirak etdim və bu proses komanda və sürücüyə əlavə üstünlük qazandırır.

Pirelli Fettelin verdiyi məlumatlardan razı qalacaq, çünki mühəndislər mümkün qədər çox məlumat istəyirlər. Bu təkərlər onun məlumatlarına əsasən təkmilləşdiriləcək. Yarış günü təkərlər bolidin digər detallarından daha önəmlidir. Əgər Fettel öz sürüş stilinə uyğun təkərlər əldə etsə, bolidi idarə etmək onun üçün asan olacaq və o rahatlıqla hücumlar edə biləcək.

Bu test onun üçün ağıllı addımdır. Digər sürücülərin vaxtlarını testlərə ayırmaması əsl axmaqlıqdır. Mixael Şumaxer də əlinə düşən bütün test fürsətlərindən maksimum istifadə edərdi. Ferrari işçiləri danışardı ki, Mixael boş vaxtlarında onları yanına çağırıb, bəzi şeyləri test etmək istədiyini və bolidi bir neçə gün ərzində hazır etmələrini istədiyini deyirmiş.

O vaxtlar istədiyiniz qədər test edə bilirdiniz və Ferrari işçiləri Maranellodan çıxmaq bilmirdilər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , ,
Paylaş

logo