S.Volff növbəti 10 il ərzində Formula1-də qadın sürücü görməyə ümid edir

Williams-ın sabiq test pilotu Syuzi Volff Formula1 maşınlarını sürmək üçün böyük fiziki gücün lazım olmasına baxmayaraq, peletonda qadın sürücülərin olmasını dəstəkləyir.

F-1.az xəbər verir ki, gələn il reqlamentin dəyişdirilməsindən sonra bolidləri idarə etməyə daha çox fiziki güc lazım olacaq. Lakin Toto Volffun həyat yoldaşı qadın sürücülərin bu çətinliyin öhdəsindən gələcəklərinə inanır.

Syuzi Volff: “Hamı məndən avtoidmanın zirvəsində niyə qadın sürücülərin olmadığını soruşur. Bunun cavabı çox bəsitdir: Çünki gənc yaşlarından buna başlayan qadınlar yoxdur. Hər bir sürücü Formula1-də yarışmaq xəyalı qurur, amma cəmi 22 nəfərə yer var. Formula1-də iştirak etmək cinsimizdən asılı olmayaraq olduqca çətin bir şeydir. Əgər 8-10 yaşlarında yarışan 1000 oğlan varsa, həmin yaş qrupunda qızların maksimum sayı 20 nəfəri keçmir. Bu rəqəmlərə baxdığımızda, qadın sürücülərin çox yüksəlməsi inandırıcı görünmür”.

Hazırda avtoidmanda yarışan qadın sürücülərə V8 SuperCars-da Simona de Silvestronu, GP3-də Tatyana Kalderonu, NASCAR-da Danika Patriki misal göstərə bilərik. Syuzi Formula1-də də qadın sürücülərin start alacağı günlərin yaxın olduğunu düşünür: “Hamı Formula1-də qadın sürücü görmək üçün hazırdır. Bu, təbii ki, bir gecədə baş verə bilməz. Zamana ehtiyac var. Paddokda və televizorlarda qadınların da bu idmanın bir parçası olduğunu göstərən qadınlar var. Oradadırlar, çünki işlərində ən yaxşıları onlardır. Qadın pilotun yarışması üçün nə qədər zaman tələb olunur, deyə bilmərəm, amma önümüzdəki 10 il ərzində bunu görəcəyimizə ümid edirəm.

Gələnilki yeniliklər bunu daha da çətinləşdirəcək. Bütün testlər göstərir ki, pilotlar gələn il daha çox fiziki güc sərf etməli olacaqlar. Williams-dakı hazırlığımın böyük hissəsini fiziki idman təşkil edirdi. Əgər maşınlar və Formula1 əvvəlki kimi olsaydı, əminliklə deyə bilərdim ki, qadın sürücülər bu idmanda hətta uğur da əldə edə bilərdilər…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*