11 Dekabr 2017, Bazar ertəsi - 04:25

S.Vandorn yarışın startında 15 yer itirəcək

S.Vandorn yarışın startında 15 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

18:13 - 28 Aprel, 2017

Rusiya Qran Prisinin birinci sərbəst yürüşlərində mühərriklə bağlı problem yaşayan Stoffel Vandorn Rusiya yarışının startında yer itirəcək.

F-1.az xatırladır ki, Vandorn Bəhreyndə MGU-H problemi yaşadığı üçün yarışa çıxa bilməmişdi. Buna görə də komanda Rusiya yarışından əvvəl həm Vandornun, həm də Alonsonun bolidinə yeni MGU-H quraşdırmışdı. Amma Soçidəki birinci sərbəst yürüşlərdən sonra belçikalı sürücünün bolidində növbəti problem aşkarlanıb və komanda güc qurğusunu dəyişməyə qərar verib. Honda problemi dəqiqliklə tapa bilməsə də, problemin yenə də MGU-H-dan əmələ gəldiyi güman edilir.

Beləliklə, builki 5-ci MGU-H və turboya keçən Vandorn bu dəyişikliklərdən sonra Rusiya yarışının startında 15 yer itirəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 084
Teqlər , , ,
Paylaş

logo