S.Vandorn: “Yarışa başlaya bilməmək biabırçılıqdır”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Bəhreyn yarışına başlaya bilməməsi qəbuledilməz haldır.

F-1.az xatırladır ki, belçikalı sürücü Formula1 karyerasındakı yeganə xalı 2016-cı ilin Bəhreyn yarışında qazanmışdı. Amma 25 yaşlı sürücü builki Bəhreyn yarışında nəinki xal qazana bilməyib, heç starta da çıxmaq şansı olmamışdı.

Stoffel Vandorn: “Bu qədər hazırlaşıb yarışa çıxa bilməmək doğrudan da məyusedicidir. Həftəsonu bizim üçün çox çətin keçdi. İlk iki sərbəst yürüşlərdə problem yaşamışdım. Yarışda isə heç trasa da çıxa bilmədim. Çox məyusam. Komanda ilə birlikdə işləməyə davam edəcəm. Bilirəm ki, bir müddət sonra inkişaf etməyə başlayacayıq. Bunun nə zaman olacağını bilmirəm. Amma inkişaf edəcəyimizə əminəm. Sərbəst yürüşlərdə az işlədiyim üçün rəqabətədavamlı olacağımı gözləmirdim. Ümid edirəm ki, Rusiyada hər şey qaydasında gedər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*